"Pambıqçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu

 

Pambıqçılıq haqqında

Azərbaycan Respublikasının Qanunu

 

Bu qanun Azərbaycan Respublikasında pambıqçılığın hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, xam pambıq və pambıq məhsullarının dövriyyəsi ilə əlaqədar münasibətləri tənzimləyir.

 

sil

 

Ümumi ddəalar

 

Maddə 1. Əsas anlayışlar

 

1.0. Bu qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. pambıqçılıq - pambıq bitkisinin becərilməsi və xam pambıq istehsalı ilə məşğul olan bitkiçilik sahəsi;

1.0.2. xam pambıq - çiyiddən ayrılmamış lifli kütlə;

1.0.3. pambıq məhsulları - xam pambığın (bundan sonra - pambıq) ilkin emalı zamanı alınan mahlıc, tiftik (lint), çiyid və lifli tullantılar;

1.0.4. mahlıc - ilkin emal zamanı pambıq çiyidindən ayrılmış lif kütləsi;

1.0.5. çiyid - ilkin emal zamanı lifdən ayrılmış pambıq toxumu;

1.0.6. toxumluq çiyid - toxumluq pambığın emalı zamanı alınmış və əkin üçün nəzərdə tutulmuş pambıq toxumu;

1.0.7. pambığın ilkin emalı - pambığın sənaye üsulu ilə qurudulması, təmizlənməsi, lifinin çiyiddən ayrılması ilə pambıq məhsullarının istehsalı prosesi;

1.0.8. pambığın və mahlıcın keyfiyyətinin ekspertizası - pambığın və mahlıcın faktiki keyfiyyət göstəricilərini müəyyən etmək üçün nümunələrin götürülməsi, təhlili və onların keyfiyyətinin sənədləşdirilməsi tədbirləri;

1.0.9. dövriyyə - pambıq və pambıq məhsullarının satışı, idxalı və ixracı.

 

Maddə 2. Pambıqçıhaqqında Azərbaycan Respublikasıqanunvericiliyi

 

2.1. Pambıqçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, mülki və aqrar qanunvericiliyindən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, buqanundan və digər normativ hüquqi aktlardan ibarətdir.

2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə pambıq istehsalının, emalının və dövriyyəsinin tənzimlənməsi, habelə pambıq məhsullarının keyfiyyəti barədə müəyyən edilmiş qaydalarla bu qanunda nəzərdətutulmuş qaydalar arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələrin qaydaları tətbiq olunur.

 

Maddə 3. Qanunun qsədi

 

Bu qanunun məqsədi ölkədə pambıqçılığın inkişafına, pambıq istehsalı ilə emalı arasında münasibətlərin bazar iqtisadiyyatına uyğun tənzimlənməsinə, pambıq və pambıq məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsinə,pambıqçılığın yüngül və yeyinti sənayesinə inteqrasiyasına hüquqi və iqtisadi zəmin yaratmaqdır.

 

Maddə 4. Pambıqçısahəsində vləsiyasətinin istiqamətləri

 

Pambıqçılıq sahəsində dövlət siyasətinin əsas istiqamətləri pambıqçılıqda investisiya fəaliyyətinin və kooperasiyanın stimullaşdırılmasından, lizinq və aqroservis xidmətlərinin genişləndirilməsindən, yeni texnika və texnologiyalarıntətbiqindən, pambıq məhsullarının keyfiyyətinin yüksəldilməsindən və ixracının artırılmasından, pambıqçılığın elmi təminatının yaxşılaşdırılmasından ibarətdir.

 

Maddə 5. Pambıqçısahəsində vlətin zifəri

 

5.0. Pambıqçılığın inkişafını təmin etmək üçün dövlət aşağıdakı vəzifələri həyata keçirir:

5.0.1. pambıqçılıq üzrə normativ hüquqi aktlar və normativ sənədlər qəbul etmək;

5.0.2. pambıqçılığın inkişafına dair dövlət proqramlarını təsdiq etmək, habelə pambıqçılığın klasterlər əsasında inkişafını təmin etmək;

5.0.3. pambıq və pambıq məhsullarının istehsalına, emalına və dövriyyəsinə dair texniki normativlər qəbul etmək;

5.0.4. pambıq və pambıq məhsullarının keyfiyyətini müəyyən edən standartları və digər normativ sənədləri təsdiq etmək;

5.0.5. pambıq və pambıq məhsulları bazarını öyrənmək, proqnozlar hazırlamaq, pambıqçılıq ilə əlaqəli sahələrin əsas inkişaf istiqamətlərini müəyyənləşdirmək;

5.0.6. pambıq əkinlərində aqrotexniki və pambıq emalında texnoloji normaları müəyyən etmək, pambıq bitkisinin əkilib-becərilməsi zamanı istifadə olunan bitki mühafizə vasitələrinin tətbiqinə nəzarəti həyata keçirmək;

5.0.7. qanunvericiliyə uyğun olaraq toxumluq pambıq istehsalına, emalına və toxumun dövriyyəsinə nəzarət etmək;

5.0.8. pambıqçılıq sahəsində mütəxəssislərin hazırlanmasını, ixtisaslarının artırılmasını təşkil etmək və pambıqçılığın elmi təminatını maliyyələşdirmək;

5.0.9. pambıqçılığın inkişafı istiqamətində digər vəzifələri həyata keçirmək.

 

II sil

 

Pambığıistehsalı və ilkin emalı

 

Maddə 6. Pambıistehsalı

 

6.1. Pambıq istehsalı mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən hüquqi şəxslər və fiziki şəxslər tərəfindən həyata keçirilir.

6.2. Pambıq bitkisinin əkilib-becərilməsi, pambığın yığılması, saxlanması və pambıq emalı müəssisəsinə daşınması normativ sənədlərin tələblərinə və texnoloji normalara uyğun olaraq həyata keçirilir.

6.3. Pambıq istehsalı toxumluq və texniki pambıq istehsalından ibarətdir.

 

Maddə 7. Toxumluq pambıistehsalı

 

7.1. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada toxum istehsalçılarının reyestrinə daxil edilmiş hüquqi və fiziki şəxslər pambıq toxumunun istehsalı ilə məşğul ola bilərlər.

7.2. Toxumluq pambıq istehsalı qanunvericiliyə uyğun olaraq orijinal, super elit, elit və reproduksiyalı toxumlar istehsalından ibarətdir.

7.3. Orijinal və super elit toxumluq pambıq qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq elmi-tədqiqat və təhsil müəssisələrinin təcrübə təsərrüfatlarında yetişdirilir, ayrılıqda yığılır, emal sexlərində çiyid lifdən ayrılaraq təlimatauyğun saxlanılır və alınan toxum artırılmaq üçün müvafiq qaydada istifadə olunur.

7.4. Elit toxumluq pambığın maşın-mexanizmlərlə yığılmasına yol verilmir.

7.5. Elit və reproduksiyalı toxumluq pambıq istehsalı ixtisaslaşdırılmış dövlət və özəl toxumçuluq təsərrüfatlarında həyata keçirilir, pambıq emalı müəssisələrində emal edilir və əldə edilən toxum təkrar toxumluq və ya texniki pambıqistehsalını təmin etmək üçün istifadə olunur. Toxumluq üçün yaramayan çiyiddən toxum kimi istifadə edilməsinə yol verilmir.

7.6. Rayonlaşmamış və gətirilmə pambıq sortlarının toxumu yalnız təcrübə və sınaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında əkilə bilər.

7.7. Texniki pambıq istehsal edən təsərrüfatların istifadəsi üçün nəzərdə tutulan toxumluq pambıq emalı müəssisəsində ayrı yığılaraq emal edilir və alınan toxumluq çiyid toxum üçün istifadə olunur.

7.8. Toxumluq pambığın və toxumun səpin keyfiyyətinin qiymətləndirilməsi, sertifikatlaşdırılması, toxumçuluq şəbəkəsinin təşkili və pambıq toxumçuluğu ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilətənzimlənir.

7.9. Toxumluq pambıqdan alınan mahlıc, tiftik (lint) və lifli tullantılar təyinatına uyğun qaydada istifadə olunur.

 

Maddə 8. Texniki pambıistehsalı

 

8.1. Texniki pambıq istehsalında məqsəd yüngül və yeyinti sənayesinin inkişafına təminat verən pambıq məhsullarına olan tələbatı ödəməkdir.

8.2. Texniki pambıqdan istehsal edilmiş çiyid texniki və yeyinti məqsədləri üçün (bitki yağı, yem və digər məqsədlər), mahlıc və digər pambıq məhsulları isə yüngül sənaye üçün, habelə tibb, məişət və başqa sahələrdə işlənən mallarınistehsalında istifadə olunur.

 

Maddə 9. Pambığıilkin emalı

 

9.1. Toxumluq və texniki pambığın ilkin emalı pambıq emalı müəssisələrində müvafiq standartların və digər normativ sənədlərin tələblərinə və texnoloji normalara uyğun olaraq həyata keçirilir.

9.2. İlkin emal zamanı alınmış pambıq məhsulları müvafiq standartlara uyğun olaraq qablaşdırılır, etiketləşdirilir (markalanır) və sertifikatlaşdırılır.

9.3. İlkin emaldan alınan mahlıc əyiricilik müəssisələrində təkrar emal olunur və əsasən toxuculuq sənayesi üçün iplik hazırlanır.

9.4. Pambıq məhsullarının keyfiyyət və texniki göstəriciləri müvafiq standartlara və digər normativ sənədlərə əsasən müəyyənləşdirilir.

9.5. İlkin emal müəssisələrindən ətraf mühitə atılan tullantıların miqdarı yol verilə bilən ekoloji norma həddini keçməməlidir.

 

Maddə 10. Pambıqçıqda kooperasiya

 

10.1. Pambıqçılığın inkişafı, pambıq və pambıq məhsulları istehsalçılarının birgə fəaliyyətinin təmin edilməsi, yeni emal müəssisələrinin yaradılması məqsədilə kooperasiya əlaqələri həyata keçirilə bilər.

10.2. Pambıqçılıqda kooperasiya qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

 

III sil

 

Pambığıalğı-satqı

 

Maddə 11. Pambığıalğı-satqısusiyyətləri

 

11.1. Pambığın alğı-satqısı prosesində pambıq istehsalçısı istehsal etdiyi pambığı emal müəssisəsinə satır və bununla da istehsalçı pambıq və ondan alınan pambıq məhsulları üzərində mülkiyyət hüququnu itirir.

11.2. Pambıq emalı müəssisəsi satın aldığı pambığın dəyərini müqavilə şərtlərinə uyğun ödəyərək həmin məhsula və ondan aldığı emal məhsullarına mülkiyyət hüququ əldə edir və onların barəsində sərbəst sərəncam verir.

11.3. Pambığın alğı-satqısı tərəflərin razılığı ilə tərtib edilmiş müqaviləyə əsasən həyata keçirilir və müvafiq qaydada tərtib edilmiş pambıq qəbulu qəbzi ilə sənədləşdirilir. Alğı-satqı müqaviləsində pambığın toxumluq və ya texnikiməqsədlər üçün alınması, pambığın növlər üzrə satınalma qiyməti, kəmiyyət və keyfiyyət göstəriciləri, pambığın dəyərinin ödənilməsi vaxtı və digər şərtlər əks olunmalıdır.

11.4. Pambığın satınalma qiyməti tərəflər arasında razılaşma əsasında pambığın növləri üzrə ayrı-ayrılıqda müəyyən edilir.

11.5. Pambığın alğı-satqı müqaviləsində toxumluq və texniki pambıq istehsalçılarına təsərrüfat işlərinin vaxtında yerinə yetirilməsi üçün pambıq emalı müəssisəsi tərəfindən avans olaraq toxumluq çiyid, mineral gübrələr, bitki mühafizə vədigər vasitələrin verilməsi və xidmətlərin göstərilməsi nəzərdə tutula bilər.

 

Maddə 12. Toxumluq pambığıalğı-satqı

 

12.1. Toxum istehsalçılarının reyestrinə daxil edilmiş dövlət və özəl toxumçuluq təsərrüfatlarında yetişdirilmiş toxumluq pambıq toxumluq çiyid əldə etmək üçün emal müəssisələrinə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsiəsasında satılır.

12.2. Toxumluq pambığın alğı-satqısı pambıq əkinlərinin aprobasiya nəticələrinə müvafiq olaraq toxumluq pambığın seleksiya sortuna və reproduksiyasına görə müvafiq standartların və digər normativ sənədlərin tələbləri nəzərə alınmaqlahəyata keçirilir.

12.3. Toxumçuluq təsərrüfatları tərəfindən satılan toxumluq pambığın qiyməti emal nəticəsində əldə edilən toxumluq çiyidin keyfiyyəti əsas götürülməklə alğı-satqı müqaviləsində təsbit olunur.

12.4. Toxumluq pambıqdan əldə edilən toxumluq çiyid emal müəssisələrində saxlanılır, səpin kondisiyasına çatdırılır, dərmanlanır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sertifikatlaşdırılaraq pambıq istehsalçılarına satılır.

12.5. Toxumluq pambığın istehsalına, emalına, toxumluq çiyidin saxlanmasına və səpin üçün hazırlanmasına qanunvericiliyə uyğun olaraq dövlət nəzarəti həyata keçirilir.

 

Maddə 13. Texniki pambığıalğı-satqı

 

13.1. Texniki pambıq istehsalçıları istehsal etdikləri pambığı satmaq üçün emal müəssisəsini seçməkdə və onunla müqavilə bağlamaqda sərbəstdirlər.

13.2. Texniki pambığın qiyməti tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsində müəyyən olunur.

 

Maddə 14. Pambıbulu bzi

 

14.1. Pambıq emalı müəssisəsi pambıq istehsalçısı ilə bağlanmış müqaviləyə əsasən pambığın qəbul edilməsi barədə istehsalçıya pambıq qəbulu qəbzi verir.

14.2. Pambıq qəbulu qəbzində aşağıdakı məlumatlar göstərilməlidir:

14.2.1. pambıq qəbulu qəbzi blankının seriyası və nömrəsi;

14.2.2. pambığı qəbul edən pambıq emalı müəssisəsinin adı, yerləşdiyi ünvan və vergi ödəyicisinin eyniləşmə nömrəsi;

14.2.3. pambıq istehsalçısı haqqında məlumatlar: fiziki şəxsin - soyadı, adı, atasının adı, yaşadığı yer, şəxsiyyət vəsiqəsinin nömrəsi; hüquqi şəxsin - adı, yerləşdiyi yer, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin nömrəsi, vergiödəyicisinin eyniləşdirmə nömrəsi;

14.2.4. pambığın toxumluq və ya texniki növə aid olduğunu göstərən məlumat;

14.2.5. toxumluq və texniki pambığın seleksiya və sənaye sortu;

14.2.6. pambığın kəmiyyət və keyfiyyət göstəriciləri, əl və ya maşınla yığımı;

14.2.7. pambıq qəbulu məntəqəsinin adı;

14.2.8. alğı-satqı müqaviləsinin nömrəsi və tərtib edildiyi tarix;

14.2.9. pambıq qəbulu qəbzinin tərtib edildiyi tarix;

14.2.10. pambıq emalı müəssisəsinin möhürü və səlahiyyətli şəxsin imzası;

14.2.11. pambıq istehsalçısının pambığı təhvil verən səlahiyyətli nümayəndəsinin imzası;

14.2.12. tərəflərin razılığı ilə əlavə məlumatlar.

14.3. Pambıq qəbulu qəbzi qanunvericiliyə uyğun olaraq ciddi hesabat blankı hesab olunur və üç nüsxədən ibarət tərtib edilir. Bu qanunun 14.2-ci maddəsində göstərilən tələblərə uyğun olmayan sənəd pambıq qəbulu qəbzi hesab edilmir.

14.4. Pambıq qəbulu qəbzi pambığın alğı-satqısı ilə əlaqədar satıcı və alıcı arasında hesablaşmanın aparılması üçün əsas sənəddir.

14.5. Pambıq qəbulu qəbzinin forması və verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

 

IV sil

 

Pambıvə pambıhsullarıkeyfiyyətinin idarə edilməsi

 

Maddə 15. Pambıvə pambıhsullarıkeyfiyyətinə və hlüsizliyinə vləzarəti

 

15.1. Pambıq və pambıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti qanunvericiliyə uyğun olaraq onların müvafiq standartların və digər normativ sənədlərin tələblərinə uyğunluğu məqsədilə həyata keçirilir.

15.2. Hüquqi və fiziki şəxslər pambıq və pambıq məhsullarının keyfiyyətini müəyyən edən standartların və digər normativ sənədlərin tələblərinə əməl etməlidirlər.

15.3. Pambıq və pambıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

 

Maddə 16. Pambıvə pambıhsullarıstandartlaşlması və sertifikatlaşlması

 

16.1. Pambıq və pambıq məhsulları üçün milli standartlar qanunvericiliyə uyğun olaraq hazırlanır, müvafiq orqanlarla razılaşdırılır, təsdiq edilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınır.

16.2. Pambıq və pambıq məhsullarının sertifikatlaşdırılması qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

 

Maddə 17. Pambığıvə mahlıkeyfiyyətinin ekspertizası

 

17.1. Pambığın və mahlıcın keyfiyyəti rəsmi müraciət əsasında qanunvericiliyə müvafiq qaydada fəaliyyət göstərən laboratoriyalarda ekspertiza oluna bilər.

17.2. Pambığın keyfiyyətinin ekspertizası pambığın təhvili zamanı qanunvericiliyə uyğun olaraq pambıq emalı müəssisəsində fəaliyyət göstərən laboratoriyada pambıq istehsalçısının iştirakı ilə həyata keçirilir.

17.3. Pambıq istehsalçısı pambıq emalı müəssisəsinin laboratoriyasının rəyi ilə razılaşmadıqda, pambığın keyfiyyətinin təkrar ekspertizasının aparılması üçün qanunvericiliyə uyğun olaraq akkreditasiya olunmuş digər sınaqlaboratoriyalarına (mərkəzlərə) və ya elmi-tədqiqat müəssisələrinə müraciət edə bilər. Bu halda tərəflərin razılığı ilə seçilmiş laboratoriyanın ekspertizasının nəticəsi hər iki tərəf üçün həlledici hesab olunur. Ekspertizanın nəticəsi əvvəlki nəticəilə eyni olduqda laboratoriya xərcləri müraciət edən şəxs tərəfindən, fərqli olduqda isə əvvəlki ekspertizanı aparan laboratoriya tərəfindən ödənilir.

17.4. Mahlıcın keyfiyyət göstəriciləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş müvafiq standartlara və digər normativ sənədlərə uyğun olmalıdır.

 

 

sil

 

Pambıqçılığıinkişafına vləstəyi

 

Maddə 18. Pambıqçılığıinkişafı üzrə vləproqramları

 

18.1. Pambıqçılığın inkişafı üzrə dövlət proqramları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

18.2. Pambıqçılığın inkişafı üzrə dövlət proqramları aşağıdakıları nəzərdə tuta bilər:

18.2.1. yüksək keyfiyyətli pambıq sortlarının yetişdirilməsi sahəsində seleksiya və elmi-tədqiqat işlərinin aparılmasını və pambıq toxumçuluğu şəbəkəsinin təşkilini;

18.2.2. pambıqçılıqda müasir texnika və texnologiyanın tətbiq edilməsini, emal müəssisələrinin modernləşdirilməsini;

18.2.3. pambıqçılığa və pambıq emalı müəssisələrinin yaradılmasına investisiyaların cəlb edilməsini;

18.2.4. pambıqçılığın maddi-texniki bazasının yüksəldilməsini, pambıqçılıq zonalarında suvarma infrastrukturunun və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasını;

18.2.5. pambıqla əlverişli sələf bitkilərinin növbəli əkin sisteminin tətbiqini;

18.2.6. pambıqçılıqda kooperasiyanın inkişaf etdirilməsini;

18.2.7. pambıqçılığın inkişafı istiqamətində digər tədbirlərin həyata keçirilməsini.

 

Maddə 19. Pambıqçılığımaliyyə minatı

 

Pambıqçılığın maliyyə təminatı bu fəaliyyətdən əldə olunan vəsaitlər, dövlət maliyyə vəsaitləri, investisiyalar, kreditlər, qrantlar və digər mənbələr hesabına formalaşır.

 

Maddə 20. Pambıvə pambıhsulları istehsalına vləstəyi

 

20.1. Azərbaycan Respublikasında pambıq və pambıq məhsullarının istehsalı aşağıdakı istiqamətlər üzrə dövlət tərəfindən dəstəklənir:

20.1.1. pambıq istehsalına və emalına investisiyalar qoyulması, bu sahədə sahibkarlığın inkişafının dəstəklənməsi və stimullaşdırılması;

20.1.2. müasir texnika və texnologiyaların alınıb pambıq və pambıq məhsulları istehsalçılarına lizinq yolu ilə güzəştli şərtlərlə verilməsi;

20.1.3. pambıq sahələrinin sığortalanmasına dövlət tərəfindən maliyyə yardımının göstərilməsi;

20.1.4. pambıqçılıq sahəsində informasiya-məsləhət xidmətinin dəstəklənməsi;

20.1.5. ekoloji təmiz pambıq istehsalının dəstəklənməsi və stimullaşdırılması;

20.1.6. pambıqçılıq sahəsində assosiasiyaların, ittifaqların yaradılmasının və fəaliyyətinin dəstəklənməsi.

20.2. Pambıq və pambıq məhsulları istehsalçılarına dövlət tərəfindən müvafiq güzəştlər müəyyən edilə bilər.

Maddə 21. Pambıq və pambıq məhsullarının idxalı və ixracı

Pambıq və pambıq məhsullarının idxalı və ixracı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

 

 

VI fəsil

 

Pambıqçılıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli

 

Maddə 22. Pambıqçılıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

 

Pambıqçılıq haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 23. Pambıqçılıq haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan ziyanın ödənilməsi

Pambıqçılıq haqqında qanunvericiliyin pozulması nəticəsində vurulan ziyan qanunvericiliyə uyğun olaraq ödənilir.

Maddə 24. Mübahisələrin həlli

Pambıq və pambıq məhsullarının istehsalı və dövriyyəsi ilə bağlı olan mübahisələr qanunvericiliyə uyğun olaraq inzibati və (və ya) məhkəmə qaydasında həll edilir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 may 2010-cu il

 

Azərbaycan.- 2010.- 21 iyul.- S.  3.