Sort-sınaq məntəqələri

(II.Şirvan-Qarabağ suvarılan ovalıq zonası) 

Göyçay Dövlət Sort Sınaq məntəqəsi iki məntəqənin əsasında yaradılmışdır. Onlardan Göyçay meyvəçilik, üzümçülük, subtropik, suvarma sınaq məntəəqəsi 1957-cı ildə Göyçay rayonunun Qarabaqqal kəndində yaradılıb “Nizami” adına sovxozun ərazisində fəaliyyət göstərib. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Göyçay subtropik Dövlət Sort Sınaq məntəqəsi” adlandırılıb.

Azərbaycasn Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Göyçay rayonunun keçmiş S.Vurğun adına üzüm istehsalı və emalı müəssisəsinin ərazisindən 3,52 hektar tut bağı Göyçay ipəkçilik sort-sınaq məntəqəsinə təhkim olunub.

Digəri Göyçay ipəkçilik, suvarma sınaq məntəqəsi adı altında ilk dəfə 1956-cı ildə yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Göyçay ipəkçilik Dövlət Sort Sınaq məntəqəsi” adlandırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Göyçay rayonunun keçmiş S.Vurğun adına üzüm istehsalı və emalı müəssisəsinin ərazisindən 35,02 sahə Göyçay ipəkçilik sort-sınaq məntəqəsinə təhkim olunub.

Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2014-cü il tarixli 761 nömrəli Sərəncamı Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin 29 dekabr 2015-ci il tarixli 139 nömrəli əmri ilə Göyçay ipəkçilik Dövlət Sort Sınaq məntəqəsinin və Göyçay subtropik Dövlət Sort Sınaq məntəqəsinin əsasında Göyçay Dövlət Sort Sınaq məntəqəsi yaradılmışdır.

DSSM-nin məqsədi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin və tut ipəkqurdunun yeni yaradılmış sort, cins və  hibridlərinin sınağını keçirmək, müxtəlif meyvə bitkilərinin xüsusilə, narın, həmçinin tut bitkisinin sortlarının, kolleksiya bağının və genetik ehtiyatlarının qorunub saxlanmasını və seleksiya məqsədilə istifadə olunmasını təmin etməkdir.

(IV.Samur-Şabran suvarılan ovalıq zonası)

Xaçmaz meyvəçilik, üzümçülük, suvarma sınaq məntəqəsi adı altında 1958-ci ildə yaradılıb. (1954-cü ildə Xaçmaz sort-sınaq məntəqəsi adlanıb). Xaçmaz  30-cu qəsəbə, “Lenin yolu” sovxozu ərazisində fəaliyyət göstərib. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Xaçmaz kompleks Dövlət Sort Sınaq məntəqəsi” adlandırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Xaçmaz rayonunun keçmiş Nərəcan sovxozunun ərazisindən 44,5 hektar (meyvə bağı və əkin sahəsi) torpaq sahəsi Xaçmaz  meyvəçilik kompleks sort-sınaq məntəqəsinə təhkim olunub.

Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2014-cü il tarixli 761 nömrəli Sərəncamı Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin 29 dekabr 2015-ci il tarixli 139 nömrəli əmri ilə “Xaçmaz kompleks Dövlət Sort Sınaq məntəqəsi”nin adı dəyişdirilərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Xaçmaz Dövlət Sort Sınaq məntəqəsi adlandırılmışdır.

DSSM-nin məqsədi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin, o cümlədən dənli, dənli-paxlalı, meyvə və tərəvəz bitkilərinin yeni yaradılmış sort və hibridlərinin sınağını keçirmək, müxtəlif meyvə bitkilərinin xüsusilə, alma, armud, gilas, albalı, şəftəli, gavalı, alça, xurma,  ərik və fındıq bitkisinin sortlarının, kolleksiya bağının və genetik ehtiyatlarının qorunub saxlanmasını və seleksiya məqsədilə istifadə olunmasını təmin etməkdir.

(IX.Şəki-Zaqatala zonası) 

Zaqatala Dövlət Sort Sınaq məntəqəsi iki məntəqənin əsasında yaradılmışdır. Onlardan Zaqatala taxılçılıq, tütünçülük, suvarma sort-sınaq məntəqəsi adı altında 1944-cü ildə Çobankol kəndində “Kommunizm yolu” kolxozu ərazisində yaradılıb (1938 və 1941-ci illərdə Zaqataladan köçürülüb). Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Zaqatala kompleks Dövlət Sort Sınaq məntəqəsi” adlandırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Zaqatala rayonunun keçmiş “Çobankol” kolxozun ərazisindən 20,0 hektar əkin sahəsi Zaqatala kompleks sort-sınaq məntəqəsinə təhkim olunub.

Digəri Zaqatala meyvəçilik Dövlət Sort Sınaq məntəqəsi Zaqatala meyvəçilik, flındıqçılıq, efir yağlı bitkilər, suvarma sınaq məntəqəsi adı ilə 1957-ci ildə rayonun 2-ci Tala kəndi S.Vurğun adına kolxozun ərazisində yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Zaqatala meyvəçilik Dövlət Sort Sınaq məntəqəsi” adlandırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Zaqatala rayonunun keçmiş S.Vurğun adına kolxozun ərazisindən 35,0 hektar əkin sahəsi Zaqatala meyvəçilik sort-sınaq məntəqəsinə təhkim olunub.

Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2014-cü il tarixli 761 nömrəli Sərəncamı Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin 29 dekabr 2015-ci il tarixli 139 nömrəli əmri ilə Zaqatala kompleks Dövlət Sort Sınaq məntəqəsinin və Zaqatala meyvəçilik Dövlət Sort Sınaq məntəqəsinin əsasında Zaqatala Dövlət Sort Sınaq məntəqəsi yaradılmışdır.

DSSM-nin məqsədi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin, xüsusilə dənli, dənli-paxlalı, qarğıdalı, tütün və meyvə bitkilərinin, tut bitkisinin, həmçinin tut ipəkqurdunun yeni yaradılmış sort və hibridlərinin sınağını keçirmək, müxtəlif meyvə bitkilərinin xüsusilə, qərzəkli meyvə bitkilərinin və digər bitki sortlarının, kolleksiya bağının və genetik ehtiyatlarının qorunub saxlanmasını və seleksiya məqsədilə istifadə olunmasını təmin etməkdir.

      (X.Orta dağlıq zonası-Böyük və Kiçik Qafqazın orta dağlıq yarımzonası)

Gədəbəy taxılçılıq, dəmyə, çəmən-otlaq sınaq məntəqəsi adı ilə 1938-ci ildə Slavyanka kəndi, “Lenin yolu”   kolxozunda yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla Gədəbəy kompleks Dövlət Sort Sınaq məntəqəsi” adlandırılıb.

Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2014-cü il tarixli 761 nömrəli Sərəncamı Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin 29 dekabr 2015-ci il tarixli 139 nömrəli əmri ilə “Gədəbəy kompleks sort-sınaq məntəqəsi”nin adı dəyişdirilərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Gədəbəy Dövlət Sort Sınaq məntəqəsi adlandırılmışdır.

DSSM-nin əsas məqsədi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin xüsusilə, dənli taxıl və kartof bitkilərinin yeni sort və hibridlərinin sınaqlarını keçirmək, sort texnologiyalarını öyrənmək və nəticələri Dövlət Xidmətinə təqdim etməkdir.

(VIII.Böyük və Kiçik  Qafqazın alçaq dağlıq zonası) 

İsmayıllı taxılçılıq sort-sınaq məntəqəsi 1937-ci ildə İvanovka kəndində “Kalinin” adına kolxozun ərazisində yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “İsmayıllı kompleks Dövlət Sort Sınaq məntəqəsi” adlandırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə İsmayıllı rayonunun Nikitin adına kolxozun ərazisindən 43,2 hektar torpaq sahəsi təhkim olunub.

Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2014-cü il tarixli 761 nömrəli Sərəncamı Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin 29 dekabr 2015-ci il tarixli 139 nömrəli əmri ilə “İsmayıllı kompleks Dövlət Sort Sınaq məntəqəsi”nin adı dəyişdirilərək  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin İsmayıllı Dövlət Sort Sınaq məntəqəsi adlandırılmışdır.

 

DSSM-nin əsas məqsədi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin xüsusilə, dənli, dənli-paxlalı, günəbaxan, yem və digər bitkilərin yeni sortlarının sınağını keçirmək, sort texnologiyalarını öyrənmək və nəticələri Dövlət xidmətinə təqdim etməkdir.

(III.Dağətəyi düzən suvarılan zona) 

Qazax üzümçülük, ipəkçilik, suvarma sınaq məntəqəsi adı ilə 1963-cü Ağstafa şəhəri, Keçəsgər kəndində yaradılıb. “Nizami” adına sovxozun ərazisində fəaliyyət göstərib. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Qazax meyvəçilik Dövlət Sort Sınaq məntəqəsi” adlandırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Qazax rayonunun keçmiş Əzizbəyov sovxozunun 3,0 hektar torpaq sahəsi Qazax meyvəçilik sort-sınaq məntəqəsinə təhkim olunub.

Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2014-cü il tarixli 761 nömrəli Sərəncamı Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin 29 dekabr 2015-ci il tarixli 139 nömrəli əmri ilə “Qazax meyvəçilik Dövlət Sort Sınaq məntəqəsi”nin adı dəyişdirilərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Qazax Dövlət Sort Sınaq məntəqəsi adlandırılmışdır.

DSSM-nin əsas məqsədi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin xüsusilə, üzüm bitkisinin yeni sortlarının sınaqlarını keçirmək və nəticələri Dövlət Xidmətinə təqdim etməkdir.

(VIII -Böyük və Kiçik  Qafqazın alçaq dağlıq zonası

və  IV- Samur-Şabran suvarılan ovalıq zonası)

Qusar Dövlət Sort Sınaq məntəqəsi iki məntəqənin əsasında yaradılmışdır. Onlardan Qusar taxılçılıq sort-sınaq məntəqəsi adı ilə 1937-ci ildə Qusar rayonu, Hil kəndi, “Lenin” adına sovxozun ərazisində yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Qusar kompleks Dövlət Sort Sınaq məntəqəsi” adlandırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Qusar rayonunun keçmiş Lenin adına sovxozunun ərazisindən  20,0 hektar torpaq sahəsi Qusar taxılçılıq sort-sınaq məntəqəsinə təhkim olunub.

Digəri Qusar meyvəçilik Dövlət Sort Sınaq məntəqəsi 1958-ci ildə Qusar rayonunun Bədir-Qala kəndində, Qusar toxumçuluq sovxozu ərazisində yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Qusar meyvəçilik Dövlət Sort Sınaq məntəqəsi” adlandırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Qusar rayonunun keçmiş Toxumçuluq sovxozunun ərazisindən  35,0 hektar (18 hektar meyvə bağı, 17 hektar əkin yeri) Qusar meyvəçilik sort-sınaq məntəqəsinə təhkim olunub.

Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2014-cü il tarixli 761 nömrəli Sərəncamı Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin 29 dekabr 2015-ci il tarixli 139 nömrəli əmri ilə Qusar kompleks Dövlət Sort Sınaq məntəqəsinin və Qusar meyvəçilik Dövlət Sort Sınaq məntəqəsinin  əsasında Qusar Dövlət Sort Sınaq məntəqəsi yaradılmışdır.

DSSM-nin məqsədi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin, o cümlədən dənli, dənli-paxlalı və meyvə bitkilərinin yeni yaradılmış sort və hibridlərinin sınağını keçirmək, müxtəlif meyvə bitkilərinin xüsusilə, alma, armud, gilas, fındıq bitkisinin sortlarının, kolleksiya bağının və genetik ehtiyatlarının qorunub saxlanmasını və seleksiya məqsədilə istifadə olunmasını təmin etməkdir.

(V.Lənkəran zonası-düzən ərazilər)

Lənkəran Dövlət Sort Sınaq məntəqəsi iki məntəqənin əsasında yaradılmışdır. Onlardan Lənkəran çay sınaq məntəqəsi adı ilə ilk dəfə 1948-ci ildə maşın-sınaq təcrübə təsərrüfatında yaradılıb. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Lənkəran subtropik Dövlət Sort Sınaq məntəqəsi” adlandırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Lənkəran rayonunun “Şürük” təcrübə təsərrüfatının ərazisindən 7,07 hektar torpaq sahəsi Lənkəran subtropik sort-sınaq məntəqəsinə təhkim olunub.

Digər Lənkəran tərəvəzçilik Dövlət Sort Sınaq məntəqəsi Lənkəran tərəvəzçilik, bostan bitkiləri, suvarma sınaq məntəqəsi adı altında 1969-cu ildə yaradılıb (1957-ci ildə Saatlı sınaq, 1958 və 1963 Lənkəran sınaq məntəqəsidən köçürülüb). Baloğlan Abbasov adına sovxozun ərazisində fəaliyyət göstərib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Lənkəran rayonunun keçmiş Daşdalıqjar sovxozunun ərazisindən 3,0 hektar torpaq sahəsi Lənkəran tərəvəzçilik sort-sınaq məntəqəsinə təhkim olunub.

Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2014-cü il tarixli 761 nömrəli Sərəncamı Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin 29 dekabr 2015-ci il tarixli 139 nömrəli əmri ilə Lənkəran tərəvəzçilik Dövlət Sort Sınaq məntəqəsinin  və Lənkəran subtropik Dövlət Sort Sınaq məntəqəsinin əsasında Lənkəran Dövlət Sort Sınaq məntəqəsi yaradılmışdır.

DSSM-nin məqsədi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin, o cümlədən sitrus, subtropik və çay bitkisinin, həmçinin tərəvəz bitkilərinin yeni yaradılmış sort və hibridlərinin sınağını keçirmək, sitrus,  subtropik və çay bitkilərinin kolleksiya bağının və genetik ehtiyatlarının qorunub saxlanmasını və seleksiya məqsədilə istifadə olunmasını təmin etməkdir.

(I.Kürətrafı düzən suvarılan zonası) 

Salyan Dövlət Sort Sınaq məntəqəsi (1964-cü ilə qədər keçmiş Əli-Bbayramlı) pambıqçılıq, taxılçılq  aqrotexnika və suvarma sınaq məntəqəsi adı ilə ilk dəfə 1935-ci ildə Salyan rayonu, Qara-Qaşlı kəndində yaradılıb. O, dövrdə “Oktyabr” kolxozu ərazisində fəaliyyət göstərib. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə “Salyan kompleks Dövlət Sort Sınaq məntəqəsi” adlandırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Salyan rayonunun keçmiş Y.Nağıyev adına kolxozunun ərazisindən 37,5 hektar torpaq sahəsi Salyan kompleks Dövlət sort-sınaq məntəqəsinə təhkim olunub.

Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2014-cü il tarixli 761 nömrəli Sərəncamı Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin 29 dekabr 2015-ci il tarixli 139 nömrəli əmri ilə “Salyan kompleks Dövlət Sort Sınaq məntəqəsi”nin adı dəyişdirilərək  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Salyan Dövlət Sort Sınaq məntəqəsi adlandırılmışdır.

DSSM-nin əsas məqsədi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin xüsusilə, dənli taxıl, texniki, bostan,  yem və digər bitkilərin yeni sort və hibridlərinin sınaqlarını keçirmək, sort texnologiyalarını öyrənmək və nəticələri Dövlət Xidmətinə təqdim etməkdir

(III.Dağətrafı düzən suvarılan zonası)

 

Qarabağ üzümçülük Dövlət Sort Sınaq məntəqəsi Qarabağ (Ağdam) üzümçülük, suvarma sınaq məntəqəsi adı ilə 1972-ci ildə Ağdam rayonunun Bu əhmədli sovetliyinin Qızıllı kəndində yaradılıb. “Qarabağ” sovxozunun ərazisində fəaliyyət göstərib və 17 hektar torpaq sahəsinə malik olub. Ermənistan tərəfindən işğala məruz qalaraq tamamilə məhv edilib. 

Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2014-cü il tarixli 761 nömrəli Sərəncamı Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin 29 dekabr 2015-ci il tarixli 139 nömrəli əmri ilə Qarabağ üzümçülük Dövlət Sort Sınaq məntəqəsinin  adı dəyişdirilərək  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Qarabağ Dövlət Sort Sınaq məntəqəsi adlandırılmışdır.

DSSM-nin əsas məqsədi ərazimiz işğaldan azad edildikdən sonra müxtəlif kənd təsərrüfatı bitkilərinin yerli şəraitdə qiymətləndirilərək dövlət sınaqlarının həyata keçirilməsini təmin etmək və yerli şəraitə uyğun kənd təsərrüfatı bitkilərinin yeni sortlarının qeydiyyata alınmasına dair təkliflər hazırlamaqdan ibarət olacaqdır.

 (II.Şirvan-Qarabağ suvarılan düzən zonası)

Ağdam taxılçılıq, pambıqçılıq, suvarma sınaq məntəqəsi adı ilə 1969-cu ildə Ağdam rayonunun Qaradağlı kəndində yaradılıb (1937-ci ildə Bərdədə təşkil edilib, daha sonra Ağdama köçürülüb). “Telman” adına kolxozun ərazisində fəaliyyət göstərib. Kənd Təsərrüfatı Nazirliyinin 22 may 1997-ci il tarixli 133 nömrəli əmri ilə Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının tabeçiliyində olmaqla “Ağdam kompleks sort-sınaq məntəqəsi” adlandırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 noyabr 2007-ci il tarixli 367 s nömrəli Sərəncamı ilə Ağdam rayonunun keçmiş T.Məmmədov adına kolxozunun ərazisindən 53 hektar torpaq sahəsi Ağdam kompleks sort-sınaq məntəqəsinə təhkim olunub.

Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2014-cü il tarixli 761 nömrəli Sərəncamı Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin 29 dekabr 2015-ci il tarixli 139 nömrəli əmri ilə “Ağdam kompleks sort-sınaq məntəqəsi”nin adı dəyişdirilərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Ağdam Dövlət Sort Sınaq məntəqəsi adlandırılmışdır

DSSM-nin əsas məqsədi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin təsdiq etdiyi plan əsasında kənd təsərrüfatı bitkilərinin xüsusilə, dənli taxıl, texniki, bostan, tərəvəz, yem və digər bitkilərin yeni sort və hibridlərinin sınaqlarını keçirmək, sort texnologiyalarını öyrənmək və nəticələri Dövlət Xidmətinə təqdim etməkdir.