Laboratoriyalar

Mərkəzi Toxum sertifikatlaşdırma laboratoriyası

1. Lənkəran Toxum Sertifiatlaşdırma laboratoriyası

2. Salyan Toxum Sertifiatlaşdırma laboratoriyası

3. Quba Toxum Sertifiatlaşdırma laboratoriyası

4. Şamaxı Toxum Sertifiatlaşdırma laboratoriyası

5. Şəki Toxum Sertifiatlaşdırma laboratoriyası

6. Ucar Toxum Sertifiatlaşdırma laboratoriyası

7. Sabirabad Toxum Sertifiatlaşdırma laboratoriyası

8. Bərdə Toxum Sertifiatlaşdırma laboratoriyası

9. Göygöl Toxum Sertifiatlaşdırma laboratoriyası

10. Tovuz Toxum Sertifiatlaşdırma laboratoriyası

11. Qax Toxum Sertifiatlaşdırma laboratoriyası

12. Beyləqan Toxum Sertifiatlaşdırma laboratori

Kimya-texnoloji laboratoriyası 1960-cı ildə yaradılmışdır. Əsas məqsədi dövlət sınağında olan kənd təssərrüfatı bitkilərinin sortlarının keyfiyyət göstəricilərinin qiymətləndirilməsi və ən yaxşı seleksiya nailiyyətlərinin (bitkilərin yeni sort və hibridlərinin) rayonlaşdırılması və istehsalata tətbiqi üçün perspektivli olması və yaxud sort sınağından çıxarılmasına dair təkliflər hazırlamaqdır.

Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2014-cü il tarixli 761 nömrəli Sərəncamı Respublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti yaradılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin 29 dekabr 2015-ci il tarixli 139 nömrəli əmri ilə  Bakı Kimya Texnoloji laboratoriyasının adı dəyişdirilərək, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Kimya-texnoloji laboratoriyası adlandırılmışdır.

Laboratoriyada sınaqda olan dənli, dənli-paxlalı, yem, meyvə, tərəvəz, kartof və texniki bitkilərin ayrı-ayrı sortlarında quru maddənin, şəkərin, turşuluğun, ümumi zülalın, yağın, vitamin C-nin, nişastanın, sellülozanın, karotinin, aşındırıcı maddələrin analizləri aparılır.

Son 6 ildə aparılmış analizlərin həcmi aşağıdakı cədvəldə göstərilmişdir.