Məqsəd və vəzifələr

Dövlət Xidmətinin fəaliyət sahələrinə aşağıdakılar daxildir:

-         Yeni bitki sortlarına patent verilməsi və istifadəsunə icazə verilməsi üçün  təqdim edilən ərizə sənədlərinin ilkin ekspertizasının keçirilməsi;

-         Yeni sortların ilkinliyinin müəyyən edilməsi;

-         Bitki sortları, onların hibridləri, genotipləri, xəttləri, krossları, klonları, toxumlarını əldə etməklə sınaqlarının təşkili və aparılması;

-         Bitki sortlarının fərqliliyə, oxşarlığa və sabitliyə görə sınaqlarının aparılması, həmçinin təsərrüfat faydalı əlamətlərin qiymətləndirilməsi;

-         Sınaqda olan sortların keyfiyyət və texnoloji göstəricilərinin təyin edilməsi;

-         Bitki sortlarının dövlət qeydiyyatının aparılması;

-         Bitki sortlarına patent və müəlliflik şəhadətnaməsi verilməsi;

-         Bitki sortları barədə məlumatların (dövlət reyestrinin) dərc edilməsi;

-         Müəlliflik və patent hüququnun qorunması;

-         Patentin ləğv edilməsi;

-         Lisenziya müqavilələrinin dövlət qeydiyyatının aparılması;

-         Toxumçuluqla məşğul olan fiziki şəxslərin uçotu və hüquqi şəxslərin dövlət qeydiyyatının aparılması;

-         Toxumçuluqla məşğul olan hüquqi və fiziki şəxslərin müvafiq qaydada attestasiyadan keçirilməsi;

-         Toxumluq əkinlərin aprobasiyasının aparılmasının təşkili;

-         Dövlət reyestrində qeydə alınmamış, habelə istifadəsi qadağan olunmuş bitki sort və hibridlərinin istehsalının və satışının qarşısının alınması üçün tədbirlər görülməsi;

-         Toxum istehsalçılarının reyestrinə daxil edilməmiş hüquqi və fiziki şəxslərin istehsal   etdikləri toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatlarının verilməsi;

-         Toxum fondları, onların yaradılması və istifadəsi;

-         Toxumçuluğun stimullaşdırılmasına dair təkliflər verilməsi;

-         Toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatları verilməsi; Dövlət standartlarına, texniki şərtlərə uyğun gəlməyən və keyfiyyət sənədləri olmayan toxumları və əkin materiallarının çıxdaş edilməsi və onların satışının qarşısının alınması;

-         Dövlət reyestrinə daxil edilmiş sortların orijinal, super elit, elit və reproduksiyalı toxumlarının nəzarət sınağının (qrunt nəzarəti) aparılması;

-         Aprobatorların hazırlanması, onların ixtisasının artırılması və attestasiyasının təşkil edilməsi;

-         Toxum və əkin materiallarının istehsalçılarını standartlar, təlimatlar və digər normativ sənədlərlə təmin edilməsi;

-         Toxumçuluq üzrə sərgilər və hərraclar keçirilməsi;

-         Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olan digər fəaliyyətlərin icrası.

Dövlət Xidmətinin fəaliyyət istiqamətləri

Dövlət Xidmətinin fəaliyyət istiqamətləri aşağıdakılardır: 

Kənd təsərrüfatı bitkilərinin yeni sortlarının ekspertizasını keçirir, sınaq və qeydiyyatını aparır, mühafizəsini, habelə istifadə olunan sortun müəllifinin və patent sahibinin hüquqlarının qorunmasını təmin edir;

Toxumluq əkinlərin aprobasiyasını təşkil edir; 

“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada toxumların sertifikatlaşdırılmasını təmin edir;

Müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq edir, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənir.

Dövlət Xidmətinin əsas vəzifələri

Dövlət Xidməti:

bitki sortlarının yeniliyə görə ekspertizasını keçirir, fərqliliyə, oxşarlığa və sabitliyə

görə sınağını aparır;

ekspertiza və sınaq nəticələri əsasında bitki sortlarını qeydiyyata alır və bu barədə

Nazirliyə məlumat verir;

-seleksiya nailiyyətlərinə (bitki sortlarına) patent və müəlliflik şəhadətnaməsi verir, seleksiya nailiyyətlərinin (bitki sortlarının) dövlət reyestrini aparır; 

-qanunla müəyyən edilmiş hallarda seleksiya nailiyyətlərinin (bitki sortlarının) əlavə sınağını keçirir; 

-seleksiya nailiyyətindən istifadə üçün bağlanmış lisenziya müqavilələrini qeydiyyata alır;

-dövlət reyestrində qeydə alınmamış, habelə istifadəsi qadağan olunmuş bitki sort və hibridlərinin toxumlarinin istehsalının və satışının qarşısının alınması üçün tədbirlər görür;

-patent sahiblərinin və müəlliflərin hüquqlarının qorunması sahəsində “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməsini təmin edir;

-bitki sortları barədə məlumatları rəsmi internet səhifəsində dərc edir;

-toxumçuluq subyektlərini attestasiyadan keçirir və uçota alır;

-toxumçuluq subyektlərinin fəaliyyətini əlaqələndirir; 

-toxumçuluq subyektlərinin “Toxumçuluq haqqında” Azərbaycan Respublikası     Qanununun tələblərinə riayət etmələrinə nəzarət edir; 

-toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatları verir; 

-dövlət standartlarına, texniki şərtlərə uyğun gəlməyən və keyfiyyət sənədləri olmayan toxumları və əkin materiallarını çıxdaş edir və onların satışının qarşısını alır;

-bitki sortlarına verilmiş patentin istifadəsi və toxumun sertifikatlaşdırılması sahəsində aşkar edilmiş hüquqpozmaların qarşısının alınması üçün səlahiyyətli orqanlar qarşısında məsələ qaldırır; 

-dövlət reyestrinə daxil edilmiş sortların orijinal, super elit, elit və reproduksiyalı toxumlarının nəzarət sınağını (qrunt nəzarəti) aparır;

-aprobatorların hazırlanmasını, onların ixtisasının artırılmasını və attestasiyasını təşkil edir;

-toxum və əkin materiallarının istehsalçılarını standartlar, təlimatlar və digər normativ sənədlərlə təmin edir; 

-fəaliyyət sahəsi üzrə mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün tədbirlər görür; 

-toxumçuluqda tətbiq edilən rəsmi dövlət sənədlərinin, kataloqların, sertifikatların, uçot-hesabat formalarının nəşrini təşkil edir;

-toxumçuluq üzrə sərgilər və hərraclar keçirir;

-toxum bazarının konyunkturunu öyrənir və təhlil edir;

-öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin edir;

-Dövlət Xidmətinə daxil olan ərizə, şikayət və təkliflərə baxır;

-Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

Dövlət Xidmətinin rolu

“Seleksiya nailiyyətləri haqqında”, “Toxumçuluq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, həmçinin digər aidiyyəti qanunlarda və müvafiq dövlət proqramlarında bitki sortlarının ekspertizası, sınağı, qeydiyyatının aparılması və mühafizəsi, kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsi və toxumçuluğa dövlət nəzarətinin həyata keçirilməsi sahəsində qarşıya mühüm vəzifələr qoyulmuşdur.

Digər tərəfdən kənd təsərrüfatı bitkilərinin yeni sortlarının toxumlarının və əkin materiallarının satışı üçün sərfəli bazar axtarışları, müxtəlif vasitə və üsullardan istifadə etməklə qeydiyyata alınmadan toxumların və əkin materiallarının ölkəyə gətirilməsi, patent sahibi ilə lisenziya müqaviləsi bağlamadan seleksiya nailiyyətindən istifadə edilməsi, seleksiya nailiyyəti hesab edilən yeni bitki sortlarının toxum və əkin materiallarının sertifikatsız satılması, seleksiyaçı hüquqlarının yetərincə qorunmaması kimi məsələlərin idarə olunması və tənzimlənməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rolunu ön plana çəkmişdir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və onun strukturlarının mühüm rolu eyni zamanda bitkiçilik məhsulları istehsalında intensiv və resurslara qənaət edən texnologiların sənaye üçün yararlı olması məqsədilə kənd təsərrüfatı bitkilərinin sort və hibridlərinin tərkibinin yaxşılaşdırılması və onların sertifikatlaşdırılmış toxumları üzrə əsaslandırılmış təkliflərin hazırlanması və ölkənin sort ehtiyatının daimi təkmilləşdirilməsini təmin etməkdir.

Dövlət Xidmətinin əsas məqsədi

Bitki sortlarının sınağı, qeydiyyatı, mühafizəsi və toxumçuluğun idarə edilməsi və toxumçuluğa dövlət nəzarətinin həyata keçirilməsi sahəsində vahid dövlət xidmətini və siyasətini həyata keçirməkdir.