Yeni sorta ad verilməsi və kodlaşdırılması qaydaları

  • Kənd təsərrüfatı bitkilərinin yeni sortlarına ad verilməsi qaydaları

    1. Sorta müəllif tərəfindən təklif olunan və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən qəbul edilən bir və ya iki sözdən ibarət ad verilir (işarə və ya rəqəm sözdən sonra əlavə edilə bilər).

    2.Dövlət sınağına verilən seleksiya nailiyyətinin (yeni sortun) adı, əvvəllər sınağa verilmiş sortların adından mütləq fəqrlənməlidir.

    3.Seleksiya nailiyyətinin adı, onu müəyyənləşdirməyə imkan verməklə bərabər oxşar botaniki növə aid mövcud adlardan fərqlənməli, qısa olmalı və asan seçilməlidir.

    4.Sorta ad verildikdə aşağıdakılara icazə verilmir:

    a) həddindən artıq uzun və çətin tələffüz olunan sözlər olduqda;

    b) sortu xarakterizə etməyən və ya  layiq olmadığı ad olduqda;

    c)ictimai əxlaq normalarına qarşı olduqda;

    d) sortun xüsusiyyətləri, əcdadı, əhəmiyəti və seleksiyaçının şəxsiyyəti haqqında şübhə oyatdıqda;

    5.Adları yuxarıdakı tələbatlara uyğun gəlməyən sortların sınağı, həmin sortun sifariş nömrəsi altında aparılır.

    6.Patent üçün sifariş (ərizə) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzaərəti üzrə Dövlət Xidmətinə və başqa dövlətlərə verilərsə seleksiya nailiyyətinin adı eyni saxlanılır.

    7.Müəllif tərəfindən təklif olunan ad 4-cü bəndin tələblərinə uyğun gəlmirsə, Dövlət Xidmətinin təklifi ilə dəyişdirilməlidir.

    8.Seleksiya nailiyyətinin adı ərizəçinin xahişi ilə patent verilənə qədər dəyişdirilə bilər.
  • Kənd təsərrüfatı bitkilərinin yeni sortlarının kodlaşdırılması qaydaları
    Sorta verilən sifarişin (ərizənin) nömrəsi 7 rəqəmli olmalıdır və tərkibi aşağıdakları əhətə etməlidir:

    -Birinci 2 rəqəm - sortun sınağa qəbul edildiyi ilin axırıncı iki rəqəmi götürülür;

    -Üçüncü rəqəm - ölkə kodu (məsələn Azərbaycanın kodu 0-dır), digər ölkələrin kodu adətən 5 götürülür;

    Dördüncü, beşinci və altıncı rəqəmlər ərizənin nömrəsi (adətən sifariş qeydiyyata düşdükdə 3 rəqəmli nömrə ilə  qeyd edilir);

    Yeddinci rəqəm isə mühafizə kodu adlanır.

    Qeyd edilənlərin izahı aşağıda əyani misalla göstərilir:

     

    1

    3

    0

    0

    0

    1

    6

    7

    6

    5

    4

    3

    2

    1

    Cədvəlin birinci sətirindəki iki rəqəm sortun sınağa qəbul edildiyi ilin

    axırıncı iki

    rəqəmidir

    Ölkə kodu (məs.Azərbaycanın kodu 0-dır) digər ölkələrin kodu 5 götürülür.

    Ərizənin nömrəsi

    Mühafizə olunan kod

    Yuxarıda birinci sırada olan rəqəmlərin altından sağdan sola 1-dən başlayaraq yazırıq. Məsələn 1, 2, 3, 4, 5, 6, 7. Sonra həmin rəqəmləri üstdəki rəqəmlərə vururuq. Məsələn 7 x 1=7; 6 x 3=18; 5x0=0 lakin sıfır yazılmır; eləcə də 4x0; 3x0 və axırıncı 2x1=2. Beləliklə:

                 

    7 x 1=

    7

             

    6 x 3=

    18

             

    5 x 0=

    0

             

    4 x 0=

    0

             

    3 x 0=

    0

             

    2 x 1=

    2

             

    Cəmi

    27

             
                 

    27:11=2

             

    5 qalıq qalır. Həmin əmsaldam yəni 11-dən 5-i çıxırıq

     

    11-5=6

             

    Həmin 6 rəqəmi mühafizə olunan sortun kodu hesab edilir və son rəqəmdir

    Beləliklə mühafizə olunan sortun kodu 1300016 olacaqdır.