Ödənişli xidmətlər

    • Bitki qrupları və ya bitkilərin adları Bir sortun bir məntəqədə (DSSM) sınağının aparılmasına sərf olunan vəsait, manatla
      1 Buğda 158,4
      2 Arpa, Trikitale və s. 149,5
      3 Çəltik  191,7
      4 Noxud, Mərcimək və s. 118,8
      5 Yonca, Xaşa və s. 140,3
      6 Pambıq  137,5
      7 Qarğıdalı 176,9
      8 Tərəvəz bitkiləri (pomidor, xiyar və s.) 165,94
      9 Bostan bitkiləri 129,16
      10 Kartof      100,91
      11 Göbələk (5kq qida sahəsinə çəkilən xərc) 18,35
      12 Meyvə bitkiləri  220,4
      13 Üzüm 380,3
      14 Dekorativ gül bitkiləri 35
      15 Dekorativ ağac bitkiləri 137,5
      16 Çay  96,4

      Qeyd: Bu xərclər Kənd Təsərrüfatı Nazirinin 17 sentyabr 2018-ci il tarixli 128 saylı əmri ilə təsdiq edilmişdir.

  • Dövlət rüsumu haqqında

    AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

    18.60. Seleksiya nailiyyətləri sahəsində:
    18.60.6. seleksiya nailiyyətlərinin yeniliyinə görə iddia edildikdə - 10
    manat;
    18.60.7. seleksiya nailiyyətlərinin yekcinsliyinin, sabitliyinin sınaqdan
    keçirilməsinə görə - 60 manat;

  • Dövlət rüsumu haqqında

    AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

    18.60. Seleksiya nailiyyətləri sahəsində:
    18.60.1. seleksiya nailiyyətinə sifarişin verilməsi və onun ilkin ekspertizası
    üçün - 10 manat;
    18.60.2. sifarişçinin təşəbbüsü ilə seleksiya nailiyyətinin sifariş
    sənədlərində əlavələr, dəqiqləşmələr və düzəlişlər üçün - 5 manat;
    18.60.3. sifarişçinin təşəbbüsü ilə seleksiya nailiyyətlərinin adının
    dəyişdirilməsi üçün - 25 manat;
    18.60.4. seleksiya nailiyyətinə güzəştlə patent hüququnun başqasına
    verilməsi üçün - 25 manat;
    18.60.5. sortun yeniliyinə görə ekspertizası üçün – 10 manat;
    18.60.8. patentin verilməsi və seleksiya nailiyyətlərinin Dövlət reyestrində
    qeydiyyatdan keçirilməsinə görə - 35 manat;
    18.60.9. müəlliflik şəhadətnaməsi verilməsi üçün - 35 manat;
    18.60.10. patentin sürətinin verilməsinə görə - 25 manat;
    18.60.11. patentin saxta olmasına aid ərizə daxil olduqda - 25 manat;
    18.60.12. seleksiya nailiyyətinə açıq lisenziyanın verilməsinə görə - 25
    manat;
    18.60.13. seleksiya nailiyyətinə açıq lisenziyanın fəaliyyətinin
    dayandırılması haqda sifariş edildikdə - 25 manat;
    18.60.14. seleksiya nailiyyətinə məcburi lisenziyanın verilməsinə təqdim
    edilən ərizə üçün - 25 manat;
    18.60.15. seleksiya nailiyyətinə məcburi lisenziyanın verilməsinə görə -
    25 manat;
    18.60.16. seleksiya nailiyyətinə məcburi lisenziyanın fəaliyyət müddətinin
    uzadılmasına görə - 25 manat.
    18.61. İl ərzində seleksiya nailiyyəti patentinin qüvvədə saxlanmasına
    görə bitki qrupları üzrə:
    18.61.1. dənli, dənli-paxlalılar, qarğıdalı, pambıq, tütün, şəkər çuğunduru,
    kartof, pomidor, badımcan, bibər, kələm üçün və s. üçün - 10 manat, hər artan
    il üçün  7 manat artırılmaqla;
    18.61.2. bəzək bitkiləri, meşə bitkiləri üçün - 7 manat, hər artan il üçün 6
    manat  artırılmaqla;
    18.61.3. digər bitkilər üçün - 9 manat, hər artan il üçün 6 manat
    artırılmaqla.

    Maddə 29. Qanunun qüvvəyə minməsi
    Bu Qanun 2002-ci il yanvarın 1-dən qüvvəyə minir.
     

    Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
    Bakı şəhəri, 4 dekabr 2001-ci il
    № 223-IIQ