Dovlət Xidməti tərəfindən aparılan sınaqlar

  • Təsərrüfat Faydalı Sınaqların (TFS) aparılması
    Seleksiya nailiyyətinin istifadəyə buraxılışı ekspert qiymətləndirməsi və ya kiçik ləklərdə müsabiqəli sınaq metodları ilə təsərrüfat faydalı qiymətləndirmələrin əsasında həyata keçirilir. Dövlət sort sınaq sistemində təsərrüfat faydalı sınaqlar aparıcı kənd təsərrüfatı bitkiləri üzrə həyata keçirilir. İstehsalatda məhdud istifadə edilən bəzi ayrı-ayrı bitkilərin təsərrüfat faydalılığı ekspert qiymətlındirməsi və ya sifarişçinin (və ya onun səlahiyyətli nümayəndəsinin) təqdim etdiyi məlumatlar üzrə təyin edilir.

    Az yayılan bitkiklər üzrə (əsasən bəzək bitkiləri və digərləri) təsərrüfat faydalılığı sifarişçinin məlumatları üzrə qiymətləndirilir, həmin bitkilərin mühafizə olunan sortları isə təsərrüfat faydalılığı qiymətləndirilmədən istifadəyə buraxılır. Dövlət Xidmətinin DSSM-də aparılan dövlət sınaqlarının nəticələri üzrə Azərbaycan Respublikasının uyğun regionlarında istifadəyə buraxılan sortların siyahından konkret torpaq-iqlim zonaları üçün sort seçiminə dair tövsiyələr hazırlanır və nəşr edilir. Bir çox bitkilər üzrə təsərrüfat faydalılığı sınaqları praktiki olaraq ölkənin bütün regionlarını əhatə edir. Örtülü sahədə sınaqlar əsasən istehsalçıların sahələrində həyata keçirilir.

  • Fərqlilik, Oxşarlıq və Sabitliyə (FOS) görə sınağın aparılması
    Əksər bitkilərdə sortların sınağı 2 il müddətində aparılır, sınaq 1-2 yerdə (məntəqədə) aparıla bilər. Bütün FOS sınaqları ixtisaslaşdırılmış sort sınaq sahələrində həyata keçirilir. Sınaq Dövlət Xidməti tərəfindən, müqavilə əsasında digər təşkilatlar tərəfindən aparılır və ya sifarişçilərin apardığı sınaqların nəticələri qəbul edilir. Sınaq konkret bitki cinsi, növü və ya yarımnövü üçün hazırlanmış və təsdiq olunmuş metodika əsasında həyata keçirilir. Həmin cinsə və ya növə aid olan bütün əlamətlərin FOS qiymətləndirilməsi UPOV metodikalarında toplnmışdır. Dövlət Xidməti FOS qiymətləndirilməsində həmin metodikalardan istifadə edir.

    Sınağın və ekspertizanın müsbət nəticələrinə görə sifarişçi patent (mühafizə hüququnu təsdiq edən sənəd) alır, sort/hibrid isə mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrinə daxil edilir. Patentin etibarlılıq müddəti seleksiya nailiyyətinin dövlət reyestrində qeydiyyatdan keçdiyi tarixdən 20 il, üzüm sortları, bəzək bitkiləri, meyvə və meşə ağacları üçün 25 ildir. Patentin verilməsi ilə əlaqədar bütün işlər Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının 4 dekabr 2001-ci il tarixli 223 -IIQ nömrəli Qanununa uyğun olaraq sifarişçi tərəfindən ödənilir.