Fərmanlar

 

"Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Fərmanı

 

"Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1.     qüvvədə olan qanunvericilik aktlarının "Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının  Prezidentinə təqdim etsin;

1.2.     Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.      "Toxumçuluq haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sort müəllifinə və patent sahibinə toxumdan istifadəyə görə mükafatın və haqqın ödənilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4.      həmin Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş
gen mühəndisliyi əsasında alınmış bitki toxumlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə yol verilə bilən müstəsna halları və gətirilmə qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5.      öz səlahiyyətləri daxilində "Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

  1. Müəyyən edilsin ki, "Toxumçuluq haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin ikinci hissəsində, 27-ci maddəsinin ikinci hissəsində və 28-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
    1. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2005-ci il

                         № 320