XƏBƏRLƏR

ELANLAR

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə FAO arasında birgə əməkdaşlıq proqramına uyğun olaraq “Azərbaycanda Toxum sektorunun inkişafina dəstək” TCP/AZE/3503 texniki yardım layihəsi çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Xidmətinin strukturuna daxil olan DSSM-in əməkdaşları üçün 8-12 may 2017-ci il tarixlərində İsmayıllı Dövlət Sort Sınaq məntəqəsində 5 günlük təlim keçirilmişdir.

Təlimdə əsas məqsəd yeni biki sortlarının sınaq qaydalarının beynəlxalq standartlara uyğunlaşdırılması, xüsusilə seleksiyaçı hüqüqlarının qorunmasını şərtləndirən amillər (sortun yeniliyi, fərqli əlamətləri, oxşarlığı, sabitliyi) üzrə sınaqların və qiymətləndirmələrin UPOV (Yeni Bitki Sortlarının Mühafizəsi üzrə Beynəlxalq İttifaq) təlimatlarına əsasən aparılması olmuşdur.

FAO-nun eksperti (Bekir Aktaş) təlim iştirakçılarına seleksiyaçı hüqüqlarının qorunmasını şərtləndirən amillərə, o cümlədən yeni yaradılan bitki sortlarında əlamətlərinin fərqliliyi, oxşarlığı, sabitliyi (FOS) üzrə zəruri bilgilər və izahlar vermiş, fərqliliyin, oxşarlığın və sabitliyin qiymətləndirilməsi üzrə nümunə bitkilərin seçilməsi və sayı, əlamətlərin oxşarlığının qiymətləndirilməsi məqsədi ilə bütün sahənin (bitkilər qrupunun və ya bitkilərin hissələrinin) ümumilikdə vizual qiymətləndirməsi, müşahidə olunan aberrant (normadan kənar, normadan yayınan) bitkilərin və ya bitki hissələrinin sayı, vahid sünbül cərgəsində, bitkilərdə və bitkilərin hissələrində əlamətlərin oxşarlığın qiymətləndirilməsi, aberrant sünbül cərgələrinin say həddi və digər xüsusiyyətlər şərh edilmiş və əyani olaraq göstərilmişdir.

UPOV sınaq təlimatına əsasən əlamətlər cədvəlinə uyğun olaraq yeni sortların əlamətlərinin quruluşu, keyfiyyəti (rəngi), onların fərqləndirilməsi və digər sortlarla müqayisəsinin aparılmasının metod və prinsipləri ətraflı şərh edilmiş və praktiki göstərilmişdir. Təlimin iştirakçılarına yuxarıda göstərilən texniki əməkdaşlıq layihəsi çərçivəsində iki DSSM-nin hər birinə FAO tərəfindən alınmış kiçik həcmli toxumsəpən, toxumtəmizləyən və dərz döyən nümayiş etdirilmiş, onların işləmə prinsipinə baxış keçirilmiş, istifadə və istismar qaydaları barədə bilgilər verilmişdir.

Sonda, təlim iştirakçılarına müvafiq sertifikatlar verilmişdir.