XƏBƏRLƏR

ELANLAR

Dənli və dənli-paxlalı bitkilərin aprobasiyasına həsr olunmuş

seminar haqqında

12 may 2017–ci il tarixdə Əkinçilik Elmi–Tədqiqat İnstitutunda Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Dənli və dənli paxlalı bitkilərin aprobasiyası”na həsr olunmuş seminar müşavirə keçirilmişdir.

Müşavirədə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və onun yerli qurumlarının mütəxəssisləri, həmçinin Aqrar Elm Mərkəzinin nümayəndələri və Əkinçilik ET İnstitutunun seleksiyaçı alımləri iştirak etmişdir.

Seminarda Respublikanın özəl və dövlət toxumçuluq təsərrüfatlarında 2017-ci ilin məhsulu üçün yetişdirilən toxumluq əkinlərdən keyfiyyətli toxum tədarük olunması üçün, toxumluq əkinlərdə aprobasiya işinin təşkili və aparılması qaydaları geniş müzakirə olunmuş, həmçinin dənli və dənli-paxlalı bitkilərin aprobasiyası zamanı, əvvəlki illərdə yol verilmiş nöqsanlar ətraflı təlil olunmuşdur.

Bu nöqsanların aradan qaldırılması üçün aprobatorlara və müvafiq yerli qurumların nümayəndələrinə göstərişlər verilmişdir.