XƏBƏRLƏR

ELANLAR

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin 31 oktyabr 2016-cı il tarixli EZ126 nömrəli əmrinə uyğun olaraq Ağdam Dövlət sort-sınaq məntəqəsində 01-04 noyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə həyata keçirdiyi “Azərbaycanda Toxum sektorunun inkişafina dəstək” TCP/AZE/3503 texniki yardım layihəsi çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin Bitki sortlarının qeydiyyatı sektorunun və Dövlət Xidmətinin strukturuna daxil olan DSSM-nin əməkdaşları üçün “Fərqlilik, Oxşarlıq və Sabitlik sınaqları” (FOS) üzrə təlim kursu keçirilmişdir.

 

 

Məqsəd bitki sortlarının sınağı sahəsində fəaliyyətlərin və qiymətləndirmələrin  UPOV (Bitki Sortlarının Mühafizəsi üzrə Beynəlxalq İttifaq) qaydalarına uyğunlaşdırılması ilə əlaqədar Azərbaycanlı mütəxəssislərin bilik və vərdişlərinin inkişaf etdirilməsi olmuşdur.

Təlim müddətində FAO-nun eksperti Dr.Bekir Aktaş təlim iştirakçılarına dənli bitkilərdə FOS sınaqları barədə məlumat verilmiş, əlamət və xüsusiyyətləri izah etmiş, onların müəyyən edilməsi metodlarını ətraflı şərh etmişdir.

İştirakçılar aşağıdakı məsələlər bardə yeni bilik və vərdişlər qazanmışlar:

1. Sortun sınağı üçün tələb olunan materialın miqdarı və keyfiyyəti, dənli bitkilərdıə FOS sınaqları aparılması üçün tələb olunan əkin materialının minimal miqdarı, toxumun keyfiyyətinə (cücərmə qabiliyyəti, rütubət miqdarı, toxum təmizliyi) dair minimal tələblər;

        2. FOS Sınaqların minimal müddəti və adətən sınaqların bir sahədə (bir məntəqədə və ya bir ərazidə) aparılması, lakin hər hansı əhəmiyyətli xüsusiyyətin müəyyən ərazidə özünü biruzə verməzsə, sortun əlavə yerdə sınağa cəlb oluna bilməsi;

        3. Sahə sınaqlarının normal böyüməni təmin edən şəraitdə aparılması, sahələrin həcmi, bitki hissələrinin çıxarılaraq ölçülməsi və sayılması böyümə müddətinin sonunda aparılacaq müşahidələr, hər sınağa iki və ya daha çox təkrarlar üzrə daxil ediləcək bitkilərin miqdarı, sünbüllərin miqdarı;

        4. Fərqliliyin və sabitliyin qiymətləndirilməsi üzrə bütün müşahidələrin 20 bitkidə və yaxud 20 bitkidən götürülmüş hissələrdə aparılmalı olduğu;

        5. FOS xüsusiyyətlərin oxşarlığının qiymətləndirilməsi məqsədi ilə bütün sahədə ümumilikdə (bitkilər qrupunun və ya bitkilərin hissələrinin bir dəfə aparılan vizual qiymətləndirmə müşahidəsi), müşahidə olunan əsas bitkilərin normadan yayınan və ya bitki hissələrinin sayının 2000-də 5-i keçməməsi;

        6. Vahid sünbül cərgəsində, bitkilərdə və bitkilərin hissələrində xüsusiyyətlərin oxşarlığının qiymətləndirilməsi üçün (sünbül cərgələrinin, bitkilər qrupunun və ya bitkilərin hissələrinin bir dəfə aparılan vizual qiymətləndirmə müşahidəsi) eyni sünbül cərgələrinin, bitkilərin və bitkilərin hissələrinin sayı 100-də 3-ü keçməməsi;

        7. Fərqliliyin, oxşarlığın və sabitliyin qiymətləndirilməsi üçün UPOV təlimatında olan xüsusiyytlər cədvəlində 26 xususiyyət üzrə məlumatların nəzərə alınması.

            Təlimin sonunda FAO-nun eksperti Bekir Aktaş təlimdə  iştirak etdikləri üçün BSQTNDXəməkdaşlarına dərin təşəkkürünü bildirmişdir.