XƏBƏRLƏR

ELANLAR

Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən İsmayıllı Dövlət Sort Sınaq Məntəqəsində sinağa təqdim olunmuş muxtəlif buğda və arpa sortlarınin təcrübə sahələrində müşahidələr aparılır

 

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin İsmayıllı Dövlət Sort Sınaq Məntəqəsində yeni bitki sortlarına aid TFS (Təsərrüfat Faydalı Sınaqlar) sınaqları üzrə müvafiq fenoloji müşahidələr aparılır. Müşahidələrdə əsasən ayrı-ayrı sortlar üzrə qışlamadan sonra bitkilərin sahə görnüşü, 1m2-də olan bitkilərin sayı, xəstəliklərə davamlılıq və s əlamətlər müəyyən edilir. Məntəqədə 2018-ci ildə Dövlət Xidməti tərəfindən yeniliyə görə aparılan ekspertizanın nəticələrinə əsasən sınağa qəbul olunan sortlara aid FOS (Fərqlilik, Oxşarlıq, Sabitlik)  sınaqları üzrə qiymətləndirmə işləri də aparılır. Qiymətləndirmə işləri UPOV metodikasına uyğun olaraq yerinə yetirilir.  

Bundan başqa İsmayıllı Dövlət Sort Sınaq Məntəqəsində özəl şirkətlər tərəfindən Respublikaya gətirilən və müxtəlif bölgələrdə becərilən buğda və arpa sortlarından ibarət nümayiş əkinləri də aparılır. Nümyiş əkinləri əsasən İtaliya, Fransa, Rusiya, Türkiyə, Ukrayna, Avstriya mənşəli arpa və buğda sortalrında ibarətdir. Eyni zamanda müqayisə üçün nümayiş əkinində xarici sortlarla bərabər Respublika ərazisində geniş əkin sahəsinə malik olan “Qobustan”, “Qızıl buğda”, “Əsgəran”, “Qarabağ 22”  “Qarabağ 33” və s. yerli sortlar da əkilmişdir.

İsmayıllı Dövlət Sort Sınaq Məntəqəsində may-iyun aylarında özəl şirkətlərin, fermerlərin, Elmi Tədqiqat Müəssisələrinin və Kənd təsərrüfatı nazirliyi nümayəndələrinin iştirakı ilə birlikdə sahədə sortlara baxış keçirilməsi nəzərdə tutulur.