XƏBƏRLƏR

ELANLAR

2018-ci ildə patent verilən kənd təsərrüfatı bitkiləri haqqında məlumat

"Start”  payızlıq yumşaq buğda sortu mürəkkəb hibrid olub “Axaltsixis Siteli Doli”, “Panoniya”, “Şarbati” və “Dwarf “sortlarının iştrakı ilə mürəkkəb hibrid kombinasiyadan (kombinasiya-TB 08115/2-2 {(TB Axaltsixis Siteli Doli x 45319 Panoniya) x 45319 Panoniya)} x (Şarbat 2 x Dwarf) təkrar fərdi seçmə yolu ilə alınmışdır. “Start” sortu lutescens növmüxtəlifliyinə aid olub, sünbülü ağ rəngdə, dəni tünd qırmızıdır. Kollanma fazasında yarpaqları və sünbülcük pulcuqları tüksüz, göy rəngdə olub, mum təbəqəsi ilə örtülmüşdür. Sünbülü uzun (11.6-12.6 sm), orta sıxlıqla (21-23 əd.) səciyələnir. Bir sünbülə dənlərin sayı 44.5-76.5 ədəd 1000 dənin kütəsi 43.8-45.5 qram olur. Oxşar sortlardan fərqli xüsusiyyəti sünbülün sıx yerləşməsidir (12/7). Salyan DSSM-də 3 illik orta məhsuldarlığı 45.1 s/ha (+3.6), Ağdam DSSM-də 42.1 s/ha (+3.4), İsmayıllı DSSM-də 42.1 s/ha (+1.5) müşahidə olunmuşdur. Kimya Texnoloji laboratoriyasında aparılan analizlərin nəticələrinə görə dəndə zülalın miqdarı 11.0-14.1 % olmuşdur. "Start”  payızlıq yumşaq buğda sortunun Respublikanın I (Kürkənarı Suvarılan Ovalıq zona) və  VII (Dağ ətəyi Çöl zona) üzrə qeydiyyata alınması təklif olunur.

 “Mətin” payızlıqyumşaq buğda sortu Azərbaycan  Əkinçilik Elmi Tədqiqat İnstitutununda yerli “Şəfəq” və “Səba” yumşaq buğda sortlarından pilləli hibrid kombinasiyasından (kombinasiya-TT 09602 (k- 58369 X Şəfəq) X Səba ) təkrar fərdi seçmə yolu ilə yaradılmışdır. Mətin sortu lütessens növmüxtəlifliyinə aid olub, sünbülü silindirik formada, ağ rəngdə, dəni tünd qırmızıdır. Kollanma fazasında yarpaqları və sünbülcük pulcuqları tüksüz, açıq göy rəngdə olub mum  təbəqəsindən azaddıır. Sümbülcüklər sünbül oxunda seyrək formada yerləşmişdir. Sünbülü uzun (9.4-14.0 sm) olur. Bir sünbüldə dənlərin sayı 41.2-60.2 ədəd, 1000 dənin kütləsi isə 34.6-44.6 qr. müşahidə olunur. Sort orta boyludur (92.6-116.5 sm) və yüksək kollanma əmsalına malikdir. Yüksək  aqrofonda yatmaya davamlıdır, orta yetişkəndir (210-218 gün). Sort sınaq illərində  sarı və qonur pasa qarşı davamlılıq göstərmişdir. Oxşar sortlardan fərqli xüsusiyyəti sünbülün uzun olmasıdır (13/5). Kimya Texnoloji laboratoriyasında aparılan analizlərin nəticələrinə görə dəndə zülalın miqdarı məntəqələr üzrə 10.1-12.7 % olmuşdur. “Mətin” sortunun orta məhsuldarlığı Naxçıvan DSSM-də 47.7 s/ha (+4.8), İsmayıllı DSSM-də isə 43.5 s/ha (+2.4) müşahidə olunmuşdur. "Mətin”  payızlıq yumşaq buğda sortunun respublikanın VII (Dağ ətəyi Çöl zona) və  Naxçıvan Muxtar Respublikasının I (Arazkənarı suvarılan Düzənlik zona) zonaları üçün qeydiyyata alınması təklif olunur.

“Nurcahan” yumşaq bugda sortu ADAU-nun “Taxıl və paxlalı bitkilər” sahəvi laboratoriyasının kolleksiya ptomnikində miltirum növmüxtəlifliyinə aid Azərbaycanın yerli genofond nümunələrindən fərdi seçmə yolu ilə alınmışdır. Növmüxtəlifliyi miltirumdur. Sort tipik payızlıqdır. Sort intensiv tipli olmaqla alçaqboyludur. Bitkinin boyu 80-90 sm-dir. Yatmaya və xəstəliklərə qarşı davamlıdır. Kollanma qabiliyyəti ortadir. 1000 dənin kütləsi 42.0-44.0 qramdır. Dənin forması yumurtavari olmaqla, rəngi qırmızıdır. Optimal səpin müddəti oktyabrın 5-dən, noyabrın 5-dək olan dövrdür. Səpin norması yüksək kondisiyalı toxumla hektara 180-200 kq-dır. Vegetasiya müddəti 220-230 gündür. Suvarmaya və qida maddələrinə tələbkarlığı orta dərəcədədir. “Nurcahan” yumşaq bugda sortunun orta məhsuldarlığı Qusar DSSM-də 32.5 s/ha (+5.0), Gədəbəy DSSM-də isə 26.7 (+2.7) müşahidə olunmuşdur. Sortun respublikanın X (Orta Dağlıq Zonası) zonasının 2-ci yarım (Böyük və Kiçik Qafqazın orta dağlıq yarımzonası) zonasına aid rayonlar üzrə qeydiyyata alınmağı təklif olunur.

“Baba-75” payızlıq yumşaq buğda sortu Beynəlxalq Seleksiya Mərkəzlərindən alınmış buğda genotiplərindən yerli şəraitə uyğunlaşan qışa, yatmaya və xəstəliklərə davamlılığına, boylarının orta, arxitektonikasına, keyfiyyətinə və quraq dəmyə şəraitində yüksək məhsuldarlığına görə fərqlənən formalardan fərdi seçmə aparmaqla alınmışdır. Bu sort Ferugineum növmüxtəlifliyinə aiddir. “Baba 75” orta boyludur (89.0-108.0sm), gövdəsi möhkəm, yatmya davamlıdır, məhsuldar kollanması 3.0-3.2-dir. Sünbüldə sünbülcüklər sıx yerləşmiş, sünbüldə dənlərin sayı 46.0-53.0 ədəd, 1000 dənin kütləsi 37.2-40.0 q-dır. Sünbülü qırmızı rəngdə olub qılçıqlıdır. Sortun dəni orta irilikdə və şırımın xarakteri dayaz, rəngi qırmızı olub, yumurtavari və tüklüdür.  “Baba-75” payızlıq yumşaq buğda sortunun orta məhsuldarlığı İsmayıllı DSSM-də 43.2 s/ha (+2.6), Qusar DSSM-də isə 33.7 s/ha (6.2) müşahidə olunmuşdur. Sortun VII (Dağ ətəyi Çöl zona) və VIII (Böyük və Kiçik Qafqazın Al&ccedil ;aq Dağlıq zona) zonaları üçün qeydiyyata alınması təklif olunur.

“Maya” bərk buğda sortu AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda perspektiv bərk buğda (T.durum var.melanopus x var.horeiforme) nümunələrinin hibridləşdirilməsindən təkrar seçmə yolu ilə alınmışdır. Sort intensiv tipli, ortaboylu (100-110 sm) yatmaya yüksək davamlıdır. Məhsuldar kolların sayı 5-6 ədəd olur. Sünbülü qılçıqlı, silindrik olmaqla uzunluğu 9-10 sm, sünbüldə dənin sayı 50-52 ədəd, 1000 dənin kütləsi isə 55-60 qram olur. Dəni çox iri, uzunsov, ağ rənglidir. Sort var. leucomelan növmüхtəlifliyinə aiddir. Salyan DSSM-də 3 illik orta məhsuldarlığı 43.4 s/ha (+4.5), İsmayıllı DSSM-də isə 40.6 s/ha (+2.2) müşahidə olunmuşdur. Sınaq illərində “Maya” bərk buğda sortunun dəmyə və suvarma şəraitində standart sortdan fərqləndiyi üçün respublika üzrə qeydiyyata alınmağı təklif olunur.

“Göytəpə” bərk buğda sortu Əkinçilik Elmi-Tədqiqat İnstitutunda ICARDA-dan introduksiya olunmuş 34th İDONMD 66 pitomnikinin hibrid populyasiyasından təkrar seçmə yolu ilə alınmışdır. Sort əsasən yerli şəraitə uyğunlaşan, qışa, yatmaya və xəstəliklərə davamlılığına, boylarının orta, arxitektonikasına, keyfiyyətinə və digər xüsusiyyətlərinə görə seçilmişdir. Sort Leucurum növmüxtəlifliyinə aiddir. “Göytəpə” bərk buğda sortunda kolların hündürlüyü 72-82 sm, sünbülün uzunluğu 8-11 sm, sünbüldə dənlərin sayı 35-38 ədəd, 1000 dənin kütləsi 41.6-52.0 qram olur. Digər bərk buğda sortlarından fərqliliyi alçaqboylu olmasıdır (9/1). Sınaq illərində “Göytəpə” bərk buğda sortunda pas və sürmə xəstəliklərinə sirayətlənmə müşahidə olunmamışdır. Sortun 3 illik orta məhsuldarlığı İsmayıllı DSSM-də 40.5 s/ha (+2.1), Naxçıvan DSSM-də isə 33.6 s/ha (+1.8) müşahidə olunmuşdur. “Göytəpə” bərk buğda sortunun respublikanın VII (Dağ ətəyi Çöl zona) və Naxçıvan Muxtar Respublikasının I (Arazkənarı suvarılan Düzənlik zona) zonaları üçün qeydiyyata alınması təklif olunur.

“Zəngəzur” bərk buğda sortu Əkinçilik Elmi-tədqiqat İnstitutunda bərk buğdaların hibrid populyasiyasından təkrar seçmə yolu ilə alınmışdır. Zəngəzur sortu yarımintensiv tipli, orta boylu (100-110 sm), samanı orta yoğunluqda, möhkəm, yatmaya yüksək davamlıdır. Morfobioloji əlamətlərinə görə yerli bərk buğda sortlarına oxşayır, sonuncu – sünbülaltı buğumarasının içərisi dolu olur. Kollanması orta (3-4), yarımyerəsəriləndir. Cücərtiləri açıq yaşıl rəngdə, qısa tükcüklərlə örtülü olur, var.provinsiale növmüхtəlifliyinə aiddir. Sünbülü qılçıqlı, silindrikdir, orta uzunluqda (9.5 sm) olur. Sünbülcük pulcuqları uzunsov-oval formada, qırmızı fonda qara rənglidir. Dəni çox iri, uzunsov-oval, ağ rənglidir. Digər sortlardan fərqliliyi bitkilərin böyümə istiqamətində müşahidə olunmuşdur (2/3). Orta məhsuldarlığı Salyan DSSM-də 43.6 s/ha (+4.7), Ağdam DSSM-də 41.9 s/ha (+3.3), Naxçıvan DSSM-də isə 32.2 s/ha (+2.4) müşahidə edilmişdir. “Zəngəzur” bərk buğda

“Cəmil” arpa sortu AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda kompleks təsərrüfat qiymətli əlamətlərə görə Dünya kolleksiyasindan təkrar secmə yolu ilə alınmışdır. Sort yarımintensiv tipli, orta boylu (126 - 140 sm) və altıcərgəlidir. Bitkinin məhsuldar kollanması 1-3 ədəd, kolun forması yarımdikduran, həyat tərzi yarımpayızlıqdır. Kollanma vaxtı bitkinin rəngi yaşıl rəngdə və mum təbəqəsi ilə örtülü olur. Hordeum vulgare subsp.vulgare var.glabriparallelum Orl. növmüхtəlifliyinə aiddir. Sünbülü - altıbucaq tipli, sarı rəngli, orta uzunluqda (7.1 sm), orta sıxlıqda (10 sm-də sünbülcüklərin sayı 37.5 ədəd) olur və qılçıqlıdır. Qılçıqları sarı rəngdə, uzun, hamar, çiçək pulcuğundan qılçıqa keçid tədricəndir, dənin qayəsində qılçıqlar orta kələ-kötürdür. Dəni iri, uzunsov, sarı rəngdədir. Altı cərgəliliyinə və küləşin en kəsiyinə görə (10/5) digər arpa sortlarından fərqlənir. Orta məhsuldarlığı İsmayıllı DSSM-də 38.6 s/ha (+3.7), Qusar DSSM-də 36.3 s/ha (+10), Salyan DSSM-də isə 42.3 s/ha (+3.1) müşahidə olunmuşdur. “Cəmil” arpa sortunun respublika üzrə qeydiyyata alınmağı təklif olunur.

“Nəzrin” noxud sortu Əkinçilik Elmi-tədqiqat İnstitutunda İCARDA mənşəli Flip 00-19 nümunəsindən təkrar fərdi seçmə metodu ilə yaradılmışdır. “Nəzrin” sortu C.arietinum L. növünün var.kabuli növmüxtəlifliyinə aiddir. Sort hündürboylu hesab olunur. Kolların hündürlüyü 75-80 sm olur. Vegetasiya günlərinin sayı qış qabağı səpinlərdə 178-183 gün, dağ ətəyi bölgələrdə isə 220-225 gün təşkil edir. Sortun yarpaqları iri və tünd yaşıl rəngdə olur. Çiçəkləri isə ağ rəngdə olur. Paxlaların rəngi ağ samanı rənglidir. 1000 ədəd dənin kütləsi 340-380, suvarılan bölgələrdə isə 410-430 qram olur. Sort mexaniki yığıma tam uyğundur. İlkin paxlalar yer səthindən 25-30 sm hündürlükdə yerləşir. Oxşar noxud sortlarından fərqli xüsusiyyəti yarpaqların iri olmağı ilə müşahidə olunur (6/7). Qusar DSSM-də 3 illik orta məhsuldarlığı 14.8 s/ha (+1.4), İsmayıllı DSSM-də isə 15.8 s/ha (+1.7) müşahidə olunmuşdur. “Nəzrin” noxud sortunun respublikada noxud becərilən bölgələr üzrə qeydiyyata alınmağı təklif olunur.

“Cəmilə” noxud sortu AMEA Genetik Ehtiyatlar İnstitutunda İCARDA mənşəli Flip 97-706 nümunəsindən təkrar fərdi seçmə metodu ilə yaradılmışdır. Cəmilə sortu C.arietinum L. növünün var.kabuli növmüxtəlifliyinə aiddir. Cücərtiləri açıq yaşıl, bitkiləri tünd yaşıl, rəngli olub kolvaridir. Budaqların orta sayı 3-4 ədəd olub dikdurandır. Hündürboyludur (70-75 sm), gövdə, yarpaq və paxlası xırda tükcüklərlə örtülüdür. Yetişmə dövründə yarpaqları tökülür. Buğumaralarının ümumi sayı 18-23 ədəddir, çiçəyi iri olub tək-tək yerləşmiş olur. İlk paxlanın yerləşmə hündürlüyü 25-27 sm, bir bitkidə paxla sayı 75-130 ədəddir. Paxlası tam yetişmə dövründə sarı rəngli olub iri, qabarıq, rombşəkillidir. Ölçüləri isə 1.6-2.6 sm-dir. Toxumları iri və qabarıq formada, rəngi isə açıq-sarı rəngli olur. Toxumların sayı hər paxlada 1-3 ədəd olur. 1000 dənin kütləsi 420-430 qram, suvarma şəraitində isə 450 qrama qədər ola bilir. Aran bölgələrində optimal səpin müddəti noyabrın üçüncü ongünlüyüdür. Sortun vegetasiya müddəti aran bölgələrdə qışqabağı səpinlərdə 180-183 gün, dağətəyi bölgələrdə isə 220-225 gün təşkil edir. Yaz əkini zamanı isə vegetasiya müddəti 90-97 gün təşkil edir. Sort kombaynla yığıma yararlı, quraqlığa, qışa, yatmaya, xəstəliklərə (antraknoz, fuzarioz, askoxitoz və s.) davamlıdır. Əsas fərqliliyi kolların nisbətən hündür olması ilə səciyyələnir (3/7). Orta məhsuldarlığı İsmayıllı DSSM-də 15.6 s/ha (+1.5), Qusar DSSM-də isə 13.5 s/ha (+0.1) müşahidə olunmuşdur. “Cəmilə” noxud sortunun respublikada noxud becərilən bölgələr üzrə qeydiyyata alınmağı təklif olunur.

“Ayla” İnək noxudun (Viqna unguiculata L.) sortu AMEA Genetik Ehtiyatlar İnstitutunda Ümumrusiya Bitki Genetik Eehtiyatarı İnstitutunun (VİR) Dünya kolleksiyasında saxlanılan K-271 nümunəsindən fərdi seçmə metodu ilə yaradılmışdır. “Ayla” sortunun gövdəsi determinant tipli olub hühdürlüyü 70-80 sm-dir. Bitkiləri yaşıl rəngdədir. Yarpağının forması enli, yumurtavari olub, üçər yarpaqdır. Çiçəkləmə fazasında sürətlə boy atır. Çiçəkləri yasəməni rəngdədir. Bitkidə paxlanın sayı 35-82 ədəd, paxlada dənin sayı 14-15 ədədir. Yetişmiş paxlaları samanı - sarı rəngdədir. Yetişmə dövründə yarpaqları tökülmür, paxlaları çatlamır. Dəni açıq - qəhvəyi olub, 1000 dənin kütləsi 110-118 q-dır. İlkin paxlalar yer səthindən 35-40 sm-də yerləşir. Mexaniki yığıma yararlıdır. Quraqlığa və xəstəliklərə davamlıdır. Dən məhsuldarlığı 20-22 s/ha-dır. “Ayla” inək noxudu sortunun vegetasiya müddəti yaz səpinində (torpağın hərarəti 150C-dən yuxarı) 60-80 gündür. Dəndə zulal 25,06% təşkil edir. Ərzaq və yem kimi çox qiymətlidir. Suvarma şəraitində sələf kimi pambıq və digər cərgəarası becərilən bitkilər, dəmyədə qara herik daha səmərəlidir. Optimal səpin müddəti aprelinn I-II ongünlüyüdür. Lənkaran DSSM-də orta məhsuldarlığı 19.7 s/ha müşahidə edilmişdir.

“Fəxri” qarğıdalı sortu Əkinçilik Elmi Tədqiqat İnstitutunun Zaqatala Bölgə Təcrübə Stansiyasında Kx3HxAzNİİZ-3-2-2 nümunələrinin çarpazlaşmasından alınan hibrid populyasiyasından yerli şəraitə uyğunlaşan, nisbətən tez yetişkənliyinə, yatmaya, xəstəliklərə davamlılığına, keyfiyyətinə və nəmliklə təmin olunmuş dəmyə şəraitində yüksək məhsuldarlığına görə fərqlənən formalardan fərdi seçmə aparmaqla alınmışdır. Bu sort Zea mays indentata flavorubra növmüxtəlifliyinə aidir. “Fəxri” qarğıdalı sortu orta boyludur (270 sm), gövdəsi möhkəm, yatmaya davamlıdır, qıçanın gövdəyə birləşmə hündürlüyü 93.0 sm, qıçada cərgələrin sayı 16, bir cərgədə dənlərin sayı 46.0-50.0, 1000 dənin kütləsi 376 qramdır. Dəni sarımtıl, unvaridir. Dəndə zülalın miqdarı 11.2%, yağın miqdarı 7.8%, nişastanın miqdarı isə 56.2%-dir. Potensial məhsuldarlığı nəmliklə təmin olunmuş dəmyə şəraitində və suvarmada qıça ilə 107-112 s/ha-dır. Sortun sınaq illərində 3 illik orta məhsuldarlıgı Qusar DSSM-də 80.6 s/ha (+5.0), Xaçmaz DSSM-də 57.6 s/ha (+1.3), Zaqatala DSSM-də 67.6 s/ha (+3.3) müşahidə edilmişdir. “Fəxri” qarğıdalı sortunun respublikada qarğıdalı becərilən bölgələr üzrə qeydiyyata alınması təklif olunur.

“Gəncə 132” pambıq sortu Mutant-3/8 (Muğan-395-NDMM-0.04%+18 saat) formasından çox təkrarlı istiqamətli seçmə yolu ilə yaradılmışdır. “Gəncə-132” pambıq sortu orta lifli G. hirsutum L. növünə aiddir. Kolu piramidal formalıdır və hündürlüyü 120 sm-dir. Gövdəsi yatmağa qarşı davamlı, açıq qonur rəngli, tüksüz, düz, buğum arası 5-7 sm-dir. Simpodial budaqların sayı 12-15 ədəddir və gövdədən düzbucaq altında çıxırlar. Birinci meyvə budağı 4-5-ci buğumdan çıxır. I-II budaqlanma tipinə aiddir. 1-2 monopodial budaq əmələ gəlir. Yarpaqları açıq yaşıl rəngli, tüksüz, 3-5 dilimlidir. Çiçəyi-orta böyüklükdə, açıq sarı rənglidir. Qozası orta irilikdə olub, yumurtavari formalı, səthi hamar, açıq yaşıl rənglidir, xam pambığı tökülmür. Məhsuldarlığı 32.9 s/ha, lif çıxımı 37.5%, lifin uzunluğu 35.5 mm, lif məhsulu 12.6 s/ha-dır. Lifin qırılma yükü 4.7 q.q., xətti sıxlığı 5840 m/teks, nisbi qırılma uzunluğu 27.4 q.q./teks, ştapel uzunluğu 34/35 mm-dır. Sort tezyetişən olmaqla vegetasiya müddəti 112 gündür. “Gəncə-132” pambıq sortu digər sortlardan lifinin zərifliyinə görə (37/7) görə fərqlənir. Orta məhsuldarlığı Salyan DSSM-də 56.1 s/ha (+6.3) olmuşdur. “Gəncə-132” pambıq sortunun respublikada pambıq becərilən bölgələr üzrə qeydiyyata alınması təklif olunur.

“Çingiz” tut ipəkqurdu cinsinin qurdları ağ rəngdə, qrenası isə kül rəngində olub yapışandır. Baramaları ağ rəngli, oval formalıdır. Barama pərdəsi orta dənəvərli və qütüblərdən möhkəmdir. Qrenanın dirilməsi 96.3%, qurdların yaşaması isə 96.2% olur. Yemləmə müddəti 25.7 gün davam edir. Diri baramaları orta irilikdə olub, kütləsi 2.08 qr. ipəkliliyi isə 22.3% təşkil edir. Barama pərdəsinin açılması 86.2% olub. İpək çıxımı isə 44.5% təşkil edir. Baramadan açılan ipək telinin uzunluğu 1153 m. nazikliyi isə 3324 m/q təşkil edir. “Çingiz” tut ipəkqurdu cinsinin fərqli xüsusiyyəti üzərində qoşa xal olmasıdır. Cinsin respublikanın ipəkçiliklə məşğul olan bölgələri üzrə qeydiyyata alınması təklif olunur. “Yaqub” tut ipəkqurdu cinsinin qurdları ağ rəngli, qrenası isə kül rəngində olub yapışandır. Baramaları isə ağ rəngli və oval formalıdır. Barama pərdəsi orta dənəvərli və qütüblərdən möhkəmdir. Qrenanın dirilməsi 95.0%, qurdların yaşaması isə 96.2% olub, yemləmə müddəti 25.8 gün davam edir. Diri baramaları orta irilikdə olub, kütləsi 2.08 qr. ipəkliliyi isə 23.4% təşkil edir. Barama pərdəsinin açılması 84.6% olub, ipək çıxımı isə 45.1% təşkil edir. Baramadan açılan ipək telinin uzunluğu 1111 m. nazikliyi isə 3321 m/q olur. “Yaqub” tut ipəkqurdu cinsinin fərqli xüsusiyyəti xalsız olmasıdır. Cinsin respublikanın ipəkçiliklə məşğul olan bölgələri üzrə qeydiyyata alınması təklif olunur.

“Çingiz” x “ Yaqub” tut ipəkqurdu hibridinin qurdları ağ rəngdə, qrenası isə kül rəngində olub yapışandır. Baramaları ağ rəngli, oval formalıdır. Barama pərdəsi orta dənəvərli və qütüblərdən möhkəmdir. Qrenanın dirilməsi 95.0%, qurdların yaşaması isə 97.0% olur. Yemləmə müddəti 26-27 gün davam edir. Diri baramaları orta irilikdə olub, kütləsi 2.31 qr. ipəkliliyi isə 23.0% təşkil edir.Barama pərdəsinin açılması 88.0% olub, ipək çıxımı isə 44.8% təşkil edir. Baramadan açılan ipək telinin uzunluğu 1292 m., nazikliyi isə 3324 m/q olur. “Çingiz” x “Yaqub” tut ipəkqurdu hibridinin respublikanın ipəkçiliklə məşğul olan bölgələri üzrə qeydiyyata alınması təklif olunur. “Yaqub” x “Çingiz” tut ipəkqurdu hibridinin qurdları ağ rəngdə, qrenası isə kül rəngdə olub yapışandır. Baramaları ağ rəngli və oval formalıdır. Barama pərdəsi orta dənəvərli və qütüblərdən möhkəmdir. Qrenanın dirilməsi 95.0%, yaşaması isə 97.5% olur. Yemləmə müddəti 26-27 gün davam edir. Diri baramaları orta irilikdə olub, kütləsi 2.45 qr., ipəkliliyi isə 23.1% təşkil edir. Barama pərdəsinin açılması 88.2% olub, ipək çıxımı isə 44,9% təşkil edir. Baramadan açılan ipək telinin uzunluğu 1302 m. olmaqla nazikliyi 3335 m/q-dır. “Yaqub” x “Çingiz” tut ipəkqurdu hibridinin respublikanın ipəkçiliklə məşğul olan bölgələri üzrə qeydiyyata alınması təklif olunur.

“Elçin” alam sortu sərbəst tozlanmış tumraslardan seçilmişdir. Sortun ümumi xüsusiyyətləri: Geç yetişən sortdur. Ağacı orta-boylu, çətiri orta sıxlıqlı, budaqlar gövdədən iti bucaq altında ayrılır. Ştamp və budaqların üzərindəki qabıq az kələ-kötürdür, budaqları yaşıldır. 5-6-cı ilində məhsula düşür. Məhsuldarlığı: 47-65 sent./ha. Meyvəsinin keyfiyyəti: Meyvəsinin orta kütləsi 6,5-8,5 qram, hündürlüyü 28 mm, eni 21 mm, hamısı eyni ölçüdə deyil. Təpəsi zəif dartılmış, oturacağı yastı, qabığı kələ-kötür qabıqlıdır. Qabığın qalınlığı ortadır, qabıqdan ayrılması çətindir, bərkdir. Ləti krem rəngli ətirlidir. Tərkibi (konsistensiyası) yumşaq az suludur. Dad keyfiyyəti azacıq acıdır. Morfoloji əlamətlərinə görə Azərbaycan zeytunu sortuna yaxındır. Xəstəliklərə davamlılığı: 1 balla həlqəvi xallanma xəstəliyə tutulur. Nəqliyyatla daşınması: Ortadır. Sortun şaxtaya davamlılığı: -150C -160C davamlıdır. Çiçəklər: xırda, ətirli. Rəngi: ağ, açıq-sarı. Zeytun bitkisi külək və həşəratlarla tozlanır.

“Aylin” zeytun sortu tez yetişən, konservləşmə üçün keyfiyyətli və məhsuldardır. Eyni zamanda yağ almaq üçün istifadə edilir. Sortun meyvələri emala çox davamlıdır. Məhsuldarlığı: 22-64 sent./ha-dır. Meyvəsinin keyfiyyəti: Meyvəsinin orta kütləsi 8,9-10,5 qramdır, hündürlüyü 31 mm, eni 23 mm, hamısı eyni ölçüdə deyil. Oturacağı yastı, qabığının qalınlığı ortadır, nazikdir, üzəri sığallıdır. Qabıqdan ayrılması asandır. Qabığın bərkliyi ortadır. Ləti açıq-bənövşəyidir, ətirlidir. Tərkibi (konsistensiyası) suludur. Dad keyfiyyəti: azacıq acıdır. Sort morfoloji əlamətlərinə görə Azərbaycan zeytunu sortuna yaxındır. Sortun şaxtaya davamlılığı: -150C -160C-dir. Sortun quraqlığa davamlılığı: yüksəkdir. Xəstəliklərə davamlılığı: 1 balla ölçülür. Nəqliyyatla qaşınması: ortadır. Meyvənin yağlılığı: 70,0-71,5%-dir. Zeytun bitkisi külək və həşəratlarla tozlanır.

“Sekzie” alma sortu Fransa mənşəlidir. Yaranması 1996- illərə təsadüf edir.Agacın hündürlüyü 1.5-2.5 m olmaqla hər il məhsul verir.Çiçəkləmə 1-15 aprel arasıdır.Meyvələrin dərilməsi oktyabr ayının sonudur. Meyvələrini çəkisi 200-250 q arasında dəyişməklə,ləti aq,çox şirəli,və yüngül xoş iyə malikdir.Bir ağacın məhsuldarlığı 20-25 kq, hektardan məhsuldarlığı 70sentner, Hektarda bitki sıxlığı 2800 ədəddir. Digər sortlardan fərqı üst rənginin parlaq sıx və sızıqlı olmasıdır. Dəmgülə xəstəliyinə çox davamıı, unlu şehə meyllidir.Tozlayıcıları Malus Evereste, Golden və Granny Smith sortlarıdır

“İnored” alma sortu Fransa mənşəlidir. Yaranması 2002- illərə təsadüf edir.Agacın hündürlüyü 1.5-2.5 m olmaqla hər il məhsul verir.Tez məhsula düşür.Çiçəkləmə 1-15 aprel arasıdır.Meyvələrin dərilməsi Sentyabr-oktyabr ayının sonudur. Meyvələrini çəkisi 200-250 q arasında dəyişməklə,ləti aq,çox şirəli,və yüngül xoş iyə malikdir.Bir ağacın məhsuldarlığı 18-22 kq, hektardan məhsuldarlığı 70-75 sentner,Əkin sxemi 1.5-3.5 metrdir.. Digər sortlardan fərqı meyvə lətinin çox bərk olmasıdır. Unlu şeh xəstəliyinə qarşı davamlıdır. Tozlayıcıları Gala, Golden və Gqanny Smith sortlarıdır.

“Lənkaran” çay sortu Çin Çay növü (Tea Sinensis L), klon seleksiya yolu ilə alınmışdır. Sortun ümumİ xüsusiyyətləri: - kolun hündürlüyü 70sm, diametri 130,0 sm, 1 kolda zərif zoğların 100 qr-da kütləsi 92,5qr, kar zoğların 100qr-da kütləsi 7,5qr. 1 üçyarpaqlı fleşin kütləsi 1,3-1,4qr. Yarpağın uzunluğu 11sm, eni 5sm. Məhsuldarlığı: - 90-97 sen/ha-dır. Çayın keyfiyyəti: - açıq-yaşıl zərif yarpaqlara malikdir. İkiyarpaqlı fleşdə taninin miqdarı 24,8, ekstraktiv maddələrin miqdarı 45,3% Xəstəliklərə davamlılığı: -yerli şəraitə tam introduksiya olunmuş, xəstəlik və ziyanvericilərə qarşı davamlıdır. Nəqliyyatla daşınması - Normaldır.

“Xəzər” çay sortu Çin Çay növü (Tea Sinensis L), klon seleksiya yolu ilə alınmışdır. Sortun ümumİ xüsusiyyətləri: - kolun hündürlüyü 70sm, diametri 120sm, 1 kolda zərif zoğların 100qr-da kütləsi 96,5qr, kar zoğların 100qr-da kütləsi 3,5qr. 1 üçyarpaqlı fleşin kütləsi 1,4-1,5qr. Yarpağın uzunluğu 12sm, eni 5sm. Məhsuldarlığı: - 81,5 sen/ha-dır. Çayın keyfiyyəti: - parıltılı, açıq-yaşıl zərif yarpaqlara malikdir. İkiyarpaqlı fleşdə taninin miqdarı 25,9, ekstraktiv maddələrin miqdarı 48% Xəstəliklərə davamlılığı: -yerli şəraitə tam introduksiya olunmuş, xəstəlik və ziyanvericilərə qarşı davamlıdır. Nəqliyyatla daşınması - Normaldır.

“Fərmançay Çəhrayı” Çin Çay növü (Tea Sinensis L), klon seleksiya yolu ilə alınmışdır, Sortun ümumİ xüsusiyyətləri: - kolun hündürlüyü 80,0 sm, diametri 120,0 sm, 1 kolda zərif zoğların 100 qr-da kütləsi 93, 6qr, kar zoğların 100 qr-da kütləsi 6,4qr, 1 üçyarpaqlı fleşin kütləsi 1,3-1,4qr, Yarpağın uzunluğu: - 11,0 sm, eni 5sm, Məhsuldarlığı: - 87,5 sen/ha-dır; Çayın keyfiyyəti: - Çəhrayı zərif yarpaqlara malikdir, İkiyarpaqlı fleşdə taninin miqdarı 26,5, ekstraktiv maddələrin miqdarı 47%; Xəstəliklərə davamlılığı: -yerli şəraitə tam introduksiya olunmuş, xəstəlik və ziyanvericilərə qarşı davamlıdır; Nəqliyyatla daşınması – Normaldır;

“Fərmançay” Çin Çay növü (Tea Sinensis L), klon seleksiya yolu ilə alınmışdır. Sortun ümumİ xüsusiyyətləri: - kolun hündürlüyü 80,0 sm, diametri 120,0 sm, 1 kolda zərif zoğların 100qr-da kütləsi 90,5qr, kar zoğların 100 qr-da kütləsi 9,5qr. 1 üçyarpaqlı fleşin kütləsi 1,3-1,4 qr. Yarpağın uzunluğu 10,0 sm, eni 4,5sm.; Məhsuldarlığı: - 90-94 sen/ha-dır. Çayın keyfiyyəti: - açıq-yaşıl zərif yarpaqlara malikdir. İkiyarpaqlı fleşdə taninin miqdarı 26-26,5, ekstraktiv maddələrin miqdarı 47-48%-dir. Xəstəliklərə davamlılığı: -yerli şəraitə tam introduksiya olunmuş, xəstəlik və ziyanvericilərə qarşı davamlıdır. Nəqliyyatla daşınması - Normaldır. Tozlayıcıları: - Lənkəran rayon Haftoni qəsəbəsində anaclıq koldan çilinglər kəsilərək kökləndirilmişdir.