XƏBƏRLƏR

ELANLAR

 

Bu gün kənd təsərrüfatı  nazirinin müavini İlham Quliyev İran İslam Respublikasının buğda toxumu istehsalı üzrə fəaliyyət göstərən sahibkarlarla görüşmüşdür. Görüşdə məqsəd toxumçuluq sahəsi üzrə ikitərəfli əməkdaşlığın müzakirəsi olmuşdır. Nazir müavini İlham Quliyev qonaqları səmimi salamlayaraq dost, qardaş ölkə ilə iqtisadiyyatın digər sahələri ilə yanaşı kənd təsərrüfatı sahəsində də əlaqələrin yüksək səviyyədə olduğunu bildirmişdir. İ.Quliyev dövlətin aqrar sahəyə götərilən diqqət və qayğıdan  söhbət açaraq, kənd təsərrüfatının müxtəlif sahələrinə verilən subsidiyalar, olunan güzəştlər, o cümlədən buğda istehsalının stimullaşdırılmasına, həmçinin toxum və ting istehsalına dövlət tərəfindən verilən yardımlar barədə məlumat vermişdir.

         Nazir müavini İlham Quliyev kənd təsərrüfatının prioritet bir sahə olduğunu, ölkə başçısının əhalinin ərzaq məhsullarına olan təlabatının daxili istehsal hesabına ödənilməsini qarşıya bir məqsəd qoyduğunu, həmçinin iri taxılçılıq təsərrüfatlarının yaradılmasına önəm verildiyini, bu sahənin daha da inkişaf etdirilməsi üçün toxumçuluğun elmi əsaslarla inkişafının vacibliyi bildirərək bu sahədə İran İslam Respublikası ilə əməkdaşlıqlara önəm verdiyini qeyd etmişdir.

İ.Quliyev Azərbaycanda toxum fondunun yaradılmasının əhəmiyyətindən danışaraq hər iki ölkənin torpaq iqlim şəraitini nəzərə alaraq bu sahədə birgə müəssələrin yaradılmasını və toxum mübadiləsinin aparılmasının vacibliyini bildirmişdir.

İran İslam Respublikası "Pishgaman Sabz Urmia" Biznes Şirkətinin icraçı direktoru Cənab Sirvan Ərdalanzadə səmimi qəbula görə təşəkkürünü bildirərək toxumçuluq sahəsi üzrə əməkdaşlığa maraqlı olduğunu, eyni zamanda İranda əkilən arpa və buğda sortlarının Azərbaycanda, Azərbaycanda da əkilən arpa və buğda sortlarının isə İranda sınaqdan keçirilməsini nəzərə çatdırdı.

Cənab S.Ərdalanzadə şırkətinə 200 dən çox sahibkarın üzv olduğunu 75 buğda və arpa sortlarının toxumçulğu ilə məşğul olduğunu 400000 ton arpa və buğda toxumu istehsal etdiyini və toxuma təlabatın 90 % i bu şirkət tərəfindən ödənildiyini bildirmişdir.

Sonra görüş Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədovla davam etdirildir. O, qonaqlara Azərbaycanda becərilən dənli taxıl bitkiləri,  bitki sortlarının qeydiyyatı, onların toxumçuluğu və ümumilikdə toxumçuluq sistemi haqqında ətraflı məlumat verdi.

M. Əhmədov tərəfindən qonaqları maraqlandıran məsələlər, o cümlədən,  Azərbaycanda toxum istehsalı müəssisəsinin yaradılması, toxum yetişdirilməsi və bu sahəyə dövlətin dəstəyi və digər hüquqi məsələlər haqqında dolğun məlumat verilmişdir.

Yekunda qonaqların xahişi nəzərə alınaraq onların Əkinçilik Elmi Tədqiqat İnstitutuna, onun Qobustan Bölgə Təcrübə Stansiyasına və Qobustan rayonunda fəaliyyət göstərən özəl toxumçuluq təsərrüfatına səfərləri planlaşdırıldı.