XƏBƏRLƏR

ELANLAR

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən Toxumluq əkinlərin qeydiyyatı yekunlaşır.

Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən

məqsədyönlü tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji
əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul
istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin
olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilmiş və bu istiqamətdə Kənd
Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi davamlı olaraq həyata
kecirilir.
Artıq 2018-ci ilin payızında 2019-ci ilin məhsulu üçün əkilmiş dənli bitkilərin (buğda,
arpa) toxumluq əkin sahələrinin qeydiyyatı həyata kecirilmişdir. Bunun əsas mədsədi
toxumluq əkinlərin uçotunun dəqiqləşdirilməsi,aqrotexniki tədbirlərin həyata kecirilməsi
ücün tövsiyyələrin verilməsi, həmcinin aprobasiya aparılacaq sahələrinin əvvəlcədən
məyyən edilməsidir. Bölğələrdə toxumluq əkin sahələrinin qeydiyyatı 30 dekabr 2018-ci
il tarixdən Regional Toxum Sertifikatlaşdırma Mərkəzlərinin müvafiq rayonlar üzrə baş
aqronomları tərəfindən aparılmış, qəbul edilmiş sənədlər Dövlət Xidmətininə təqdim
edilmişdir.Bərdə RTSM-in əhatə etdiyi rayonlar üzrə (Bərdə, Ağdam,Tərtər,Yevlax)
6349 hektar, Beyləqan RTSM-in əhatə etdiyi rayonlar üzrə ( Ağcabədi, Beyləqan, İmişli,
Füzuli ) 6528 hektar, Quba RTSM-in əhatə etdiyi rayonlar üzrə isə ( Quba, Qusar,
Xacmaz, Siyəzən, Şabran) 5951 hektar toxumluq əkinlər qeydiyyata alınmışdır.Digər
bölgələr üzrə məlumatlar dəqiqləşdirildikdən sonra internet səhifəsində
yerləşdiriləcəkdir.
Dövlət Xidməti tərəfindən ilk dəfə olaraq toxumluq və tinğlik əkin sahələrinin
uçotunun dəqiq və müəyyən edilmiş müddətdə aparılması məqsədilə yeni qeydiyyat
kitabçaları hazırlanmış, Dövlət Xidməti tərəfindən möhürlənərək RTSM-nin rayonlar
üzrə baş aqronomlarına verilmiş, həmçinin toxumluq əkinlərin elektron qaydada
aparılmasına başlanılmış ,bu istiqamətdə işlər yaxin zamanlarda yekunlaşacaqdır. Bu
da toxumluq və ting əkinlərinin ucotunun dəqiq aparılmasinda şəffaflığın tam təmin
olunmasına zəmin yaradacaqdır.