XƏBƏRLƏR

ELANLAR

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən Toxumluq əkinlərin qeydiyyatı yekunlaşır.

    

 

     Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilmiş və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi davamlı olaraq həyata kecirilir.

 Artıq  2018-ci ilin payızında 2019-ci ilin məhsulu üçün əkilmiş dənli bitkilərin (buğda, arpa) toxumluq əkin sahələrinin qeydiyyatı həyata kecirilmişdir. Bunun əsas mədsədi   toxumluq əkinlərin uçotunun dəqiqləşdirilməsi,aqrotexniki tədbirlərin həyata kecirilməsi ücün tövsiyyələrin verilməsi,həmcinin aprobasiya aparılacaq sahələrinin əvvəlcədən məyyən edilməsidir.  Bölğələrdə toxumluq əkin sahələrinin qeydiyyatı 30 dekabr 2018-ci il tarixdən Regional Toxum Sertifikatlaşdırma Mərkəzlərinin müvafiq rayonlar üzrə baş aqronomları tərəfindən aparılmış, qəbul edilmiş sənədlər  Dövlət Xidmətininə təqdim edilmişdir.Tovuz RTSM-in əhatə etdiyi rayonlar üzrə (Tovuz, Akstafa, Şəmkir, Gədəbəy, Qazax) 3233 hektar, Ucar RTSM-in əhatə etdiyi rayonlar üzrə (Ucar, Zərdab, Agdaş Kürdəmir, Göycay) isə 3693 hektar toxumluq əkinlər qeydiyyata alınmışdır.Digər bölgələr üzrə məlumatlar dəqiqləşdirildikdən sonra internet səhifəsində yerləşdiriləcəkdir.

     Dövlət Xidməti tərəfindən ilk dəfə olaraq toxumluq və tinğlik əkin sahələrinin uçotunun dəqiq və müəyyən edilmiş müddətdə aparılması məqsədilə yeni qeydiyyat kitabçaları hazırlanmış, Dövlət Xidməti tərəfindən möhürlənərək RTSM-nin rayonlar üzrə baş aqronomlarına verilmiş, həmçinin toxumluq əkinlərin elektron qaydada aparılmasına başlanılmış ,bu istiqamətdə işlər yaxin zamanlarda yekunlaşacaqdır. Bu da toxumluq və ting əkinlərinin dəqiq uçotunun aparılmasında şəffaflığın tam təmin olunmasına  zəmin yaradacaqdır.