XƏBƏRLƏR

ELANLAR

Toxumculuq Təsərrüfatlarında monitorinqlər davam etdirilir


Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin
mütəxəssisləri tərəfindən 2018-ci ildə dövlət və özəl toxumçuluq təsərrüfatlarında
istehsal olunmuş və kondisiyaya çatdırılmış payızlıq dənli-taxıl (buğda və arpa)
toxumlarının sertifikatlaşdırılması üçün toxumculluq təsərrüfatlarına növbəti
baxış kecirilir.
2018-ci ildə toxumçuluq təsərrüfatları tərəfindən istehsal olunub kondisiyaya
çatdırılmış , dənli-taxıl (bugda,arpa) bitkilərinin toxumların dağlıq və dağətəyi, o
cümlədən aran bölgələrində istehsalçı fermerlərə optimal müddətdə satılması məqsədi
ilə sertifikatlaşmaya hazır toxumlara baxış keçirilməsinə başlanılmışdır.
Bu məqsədlə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət
Xidmətinin əmri ilə Dövlət Xidmətinin və onun yerli qurumlarının mütəxəssislərinin
iştirakı ilə 27 nəfərdən ibarət 9 monitorinq qrupu 12 Regional Toxum Sertifikatlaşdırma
Mərkəzinin xidmət göstərdiyi 44 rayonun toxumçuluq təsərrüfatlarında monitorinq
həyata keçirmişdir və hazırda bu proses başa çatmaq üzrədir. Dövlət Xidmətinin
rəhbərliyi tərəfindən bu tədbirin həyata keçirilməsində iştirak edən bütün
mütəxəssislərə şəffaflığın təmin olunması üçün müvafiq tapşırıq və tövsiyyələr
verilmişdir.
Dövlət xidmətinin mütəxəssislər Şəki (Şəki, Qəbələ, Oguz, Qax, Zaqatala) və
Salyan( Biləsuvar, Cəlilabad,Neftcala, Masallı, Salyan) Reğional Toxum
Sertifikatlaşdırma Mərkəzlərinin əhatə etdiyi rayanlarda toxumcu fermerlərin iştirakı ilə
toxumculuq təsərrüfatlarına toxumun anbarda saxlanılmasına, qablaşdırımasına,
etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya catdırılmasına baxış kecirildi
Kondisiyalı toxumlara baxış zamanı Şəki RTSM üzrə 9209 ton ( 35 təsərrüfatda)
Salyan RTSM üzrə 2025 ton (17 təsərrüfatda) təmizlənmiş toxum qeydiyyata
alınmışdır . Qeydiyyat alınmış toxum partiyalarından müvafiq RTSM-nin mütəxəssisləri
tərəfindən laboratoriya analizləri üçün işçi və dublikat nümunələr götürülmüşdur.
Hazırda toxumların keyfiyyət analizləri davam edir. Keyfiyyət göstəriciləri (təmizliyi,
cücərməsi, sağlamlığı, təsərrüfat yararlılığı və s.) müvafiq standartların tələblərinə
cavab verən toxumlar, həmin RTSM-ri tərəfindən sertifikatlaşdırılır . Diğər bölğələrdə
monitorinqlər davam etdirilir.