XƏBƏRLƏR

ELANLAR

Dağlıq və dağətəyi bölgələrdə toxumluq sahələrdə taxıl səpininə başlanılmışdır.


Taxıl istehsalının artırılmasının əsas yolları fermerlərin təlabatına uyğun qısa rotasiyalı əkin
dövriyyələrinin, torpaq becərmələrinin və gübrə verilməsinin səmərəli üsullarının, optimal səpin
müddəti və normalarının, yeni intensiv sortların təsərrüfatlara tətbiqindən, keyfiyyətli toxum
materialından istifadə edilməsindən və əkinlərin xəstəlik, ziyanverici və alaqlardan mühafizə
olunmasından ibarətdir Göstərilən becərmə kompleksinə daxil olan əhəmiyyətli tədbirlərdən biri
taxıl səpininin vaxtında və keyfiyyətlə aparılmasıdır. Keyfiyyətli və vaxtında səpin aparmaqla
sağlam və kütləvi cücərtilərin alınması gələcək məhsulun əsası deməkdir.
Bununla əlaqədar olaraq dağlıq və dağətəyi bölgələrdə fermerlərin elit və reproduksiyalı
toxuma olan təlabatının vaxtında ödənilməsi səpinin optimal müddətdə həyata kecirilməsinə
zəmin yaratmışdır.Artıq daglıq bölgələrdə toxumluq sahələrdə sentyabr ayının 18-dən taxil
səpininə başlanılmışdır. Dağlıq dəmyə şəraitində payızlıq taxillarln səpini sentyabr ayının20-
dən oktyabr ayının 10-dək olan müddətdə başa catmalıdır.
Respublikanın az yağmurlu quraq dəmyə bölgəsində payızlıq taxılların məhsuldarlıgına
təsir edən əsas amillərdən biri yağmurların az olmasıdır. Ona görə də bu şəraitdə taxılın səpini
payız yagmurları başlayana qədər başa catdırılmalıdır.