XƏBƏRLƏR

ELANLAR

Sertifikatlı toxum yüksək məhsulun əsasıdır


Fermerlərin nəzərinə catdırırıq ki, respublikada toxumcu fermerlər tərəfindən
yüksək kondisiyalı, sertifikatlı toxumlar istehsal olunmuşdur. Toxum satış yerləri və
ünvanları barədə məlumat Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının
Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəsmi internet səhifəsinin
(sorttoxumagro.qov.az) toxum satış bölməsində yerləşdirilmişdir. Məlumatda toxum
istehsalcısının ünvanı, istehsal olunmuş toxumun reproduksiyalar üzrə ğöstəriciləri öz
əksini tapmışdır. Fermerlər Xidmətin rəsmi internet saytına daxil olmaqla, sertifikatlı
toxum əldə edə bilərlər.