XƏBƏRLƏR

ELANLAR

2018-ci ildə toxumçuluq təsərrüfatları tərəfindən istehsal olunub kondisiyaya
çatdırılmış , dənli-taxıl (bugda,arpa) bitkilərinin toxumların dağlıq və dağətəyi, o
cümlədən aran bölgələrində istehsalçı fermerlərə optimal müddətdə satılması məqsədi
ilə sertifikatlaşmaya hazır toxumlara baxış keçirilməsinə başlanılmışdır.
Bu məqsədlə 17.08.2018-ci il tarixdən etibarən Bitki Sortlarının Qeydiyyatı və
Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əmri ilə Dövlət Xidmətinin və onun yerli
qurumlarının mütəxəssislərinin iştirakı ilə 27 nəfərdən ibarət 9 monitorinq qrupu 12
Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin xidmət göstərdiyi 44 rayonun toxumçuluq
təsərrüfatlarında monitorinq həyata keçirmişdir və hazırda bu proses başa çatmaq
üzrədir. Dövlət Xidmətinin rəhbərliyi tərəfindən bu tədbirin həyata keçirilməsində iştirak
edən bütün mütəxəssislərə şəffaflığın təmin olunması üçün müvafiq tapşırıq və
tövsiyyələr verilmişdir.
Dövlət xidmətinin mütəxəssisləri Quba Reğional Toxum Sertifikatlaşdırma
Mərkəzinini əhatə etdiyi rayanlarda toxumcu fermerlərin iştirakı ilə (Quba Qusar,
Xacmaz Siyəzən Şabran) 38 toxumculuq təsərrüfatlarına toxumun anbarda
saxlanılmasına, qablaşdırımasına, etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya
catdırılmasına baxış kecirildi Kondisiyalı toxumlara baxış zamanı Quba RTSM üzrə
5509 ton ( 38 təsərrüfatda) təmizlənmiş toxum qeydiyyata alınmışdır Qeydiyyat alınmış
toxum partiyalarından müvafiq RTSM-nin mütəxəssisləri tərəfindən laboratoriya
analizləri üçün işçi və dublikat nümunələr götürülmüşdur. Hazırda toxumların keyfiyyət
analizləri davam edir. Keyfiyyət göstəriciləri (təmizliyi, cücərməsi, sağlamlığı, təsərrüfat
yararlılığı və s.) müvafiq standartların tələblərinə cavab verən toxumlar, həmin RTSM-ri
tərəfindən sertifikatlaşdırılacaqdır . Diğər bölğələrdə monitorinqlər davam etdirilir.