XƏBƏRLƏR

ELANLAR

SABİRABADDA PAMBIQÇILIĞIN İNKİŞAFINA HƏSR OLUNMUŞ MÜŞAVİRƏ KEÇİRİLİB

Fermerlərə pambığın becərilməsi ilə bağlı tövsiyələr verilib

 

Sabirabadda “Pambığın becərilməsi işlərinin səmərəli təşkili” mövzusunda müşavirə keçirilib. Müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, nazirliyin və tabeli qurumların, rayon icra hakimiyyətinin əməkdaşları, müvafiq pambıq şirkətlərinin nümayəndələri və pambıq istehsalçıları iştirak ediblər.

 

Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov cari ildə rayonda pambıq əkini, bu sahədə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

 

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov “Azərbaycanda pambıqçılığın inkişafı - hədəflər və perspektivlər” mövzusunda çıxış edərək nazirlik tərəfindən bu sahədə görülmüş işlərdən danışıb, hədəfləri açıqlayıb.

 

Daha sonra Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, Respublika Bitki Mühafizə Mərkəzinin rəisi Damət Sultanov “Bitki mühafizə vasitələrindən səmərəli istifadənin təşkili”, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov “Texnika və gübrə ilə təminatın vəziyyəti”, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Azad İbrahimov “Pambığın yüksək aqrotexniki şəraitdə becərilməsi” mövzularında çıxış ediblər.  Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov isə savadlı aqrar mütəxəssis hazırlığı sahəsində görülən işlər barədə müşavirə iştirakçılarını məlumatlandırıb.

 

Müşavirədə “MKT İK” MMC və “Azər Pambıq” MMC-nin nümayəndələrinin çıxışları dinlənilib.

 

Sonda müşavirə iştirakçıları tərəfindən qarşılıqlı fikir mübadiləsi aparılıb, fermerlərə rayonda pambığın becərilməsinin səmərəli təşkilinə dair tövsiyələr verilib.

Daha sonra müşavirə iştirakçıları becərmə işləri ilə tanışlıq məqsədilə rayonun Qaratəpə kəndində təcrübəli pambıqçı Fatma Hüseynovanın pambıq sahəsində olublar.

 

Mütəxəssislər pambığın becərilməsi ilə bağlı fermerlərə tövsiyələr veriblər.

 

SABİRABADDA PAMBIQÇILIĞIN İNKİŞAFINA HƏSR OLUNMUŞ MÜŞAVİRƏ KEÇİRİLİB

SABİRABADDA PAMBIQÇILIĞIN İNKİŞAFINA HƏSR OLUNMUŞ MÜŞAVİRƏ KEÇİRİLİB