XƏBƏRLƏR

ELANLAR

“ÜMUMRUSİYA TARLA GÜNÜ-2018” AQROTEXNİKİ SƏRGİSİNDƏ AZƏRBAYCAN TƏMSİLÇİSİ İŞTİRAK EDİB

MDB ölkələri toxumçuluq məsələləri üzrə Dövlətlərarası Koordinasiya Şurasının genişləndirilmiş iclası keçirilib

Rusiyanın Lipetsk vilayətində yerləşən Lipetsk Dövlət Sort Sınaq Məntəqəsində “Ümumrusiya tarla günü-2018” adlı aqrotexnoloji sərgi keçirilib. Sərgidə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov iştirak edib. Sərgiyə Rusiyanın müxtəlif regionlarından olan elmi-tədqiqat müəssisələri, Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyası, müxtəlif kənd təsərrüfatı məhsulu, texnikaları və kimyəvi preparatları istehsal edən 3000-dən artıq təşkilat, həmçinin Belarus və Qırğızstanın nümayəndə heyətləri qatılıblar. Sərginin ilk günü toxumçuluq sistemi ilə məşğul olan mütəxəsislər yeni yaradılmış Alman-Rusiya Seleksiya Alyansı Mərkəzinin seleksiya təcrübələrinə və seleksiya texnikalarına, “KWC” və “Bay-Arena” şirkətlərinin müxtəlif kənd təsərrüfatı bitkilərinin əkin sahələrinə baxış olub. Daha sonra Lipetsk Dövlət Sort Sınaq Məntəqəsində müxtəlif kənd təsərrüfatı bitkilərinin sərgi və sort-sınaq təcrübələri ilə tanışlıq olub və “MDB ölkələri və Rusiya Federasiyası bitki sortlarının sınağı və mühafizəsinin perspektivləri” mövzusunda müşavirə keçirilib. Müşavirədə Möhtəsim Əhmədov “Azərbaycan Respublikasında bitki sortlarının sınağı və qeydiyyatının mövcud vəziyyəti və perspektivləri” mövzusunda çıxış edib. Sərgi çərçivəsində həmçinin MDB ölkələri toxumçuluq məsələləri üzrə Dövlətlərarası Koordinasiya Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda müxtəlif ölkələrdə toxumçuluğun mövcud vəziyyəti və qarşılıqlı toxum ticarətinin perspektivlərinə həsr olunmuş müzakirələr aparılıb. Müzakirələrdə Möhtəsim Əhmədov “Azərbaycanda toxumçuluğun mövcud vəziyyəti və gələcək inkişafı” mövzusunda çıxış edib.