XƏBƏRLƏR

ELANLAR

PAYIZLIQ DƏNLİ-TAXIL BİTKİLƏRİNİN APROBASIYASI BAŞA ÇATIB

2017-ci ilin payızında 2018-ci ilin toxumluq məhsulu üçün 276 özəl və dövlət toxumçuluq təsərrüfatlarında 60108 hektar sahə əkilib. Toxumluq əkinlərin qeydiyyatı prosesində araşdırılan sənədlərə əsasən 394 ha toxumluq sahə əkin dövriyyəsindən çıxarılıb, 59714 ha sahə qeydiyyata alınıb. Mövsüm ərzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və yerli qurumlarının mütəxəssisləri tərəfindən mütəmadi olaraq toxum istehsalçılarına toxumluq əkinlərə aqrotexniki qulluğa dair (mineral gübrələrdən istifadə, alaqlara və xəstəliklərə qarşı mübarizə və s.) müvafiq tövsiyələr verilib. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin 21 may 2018-ci il tarixli əmrinə əsasən özəl toxumçuluq təsərrüfatlarında və kənd təsərrüfatı istehsalat müəssisələrinin toxumluq əkinlərində Dövlət Reyestrində qeydiyyata alınmış taxıl sortlarının aprobasiyasına (toxumluq əkinlərin sorttəmizliyi, xəstəlik və zərərvericilərə yoluxması, alaqlanma dərəcəsi və s.) başlanılıb. Aparılmış aprobasiyanın nəticələrinə əsasən 59714 ha sahədən 48991 ha (82 %-i) (o cümlədən 39511 ha buğda və 10723 ha arpa) sahə aprobasiyadan keçib. Müvafiq standartın tələblərinə cavab verməyən 10723 ha (18 %-i) sahə çıxdaş edilib. Ümumilikdə aprobasiyadan keçmiş 48991 ha toxumluq sahənin 12187 hektarı 1-ci reproduksiya (R1), 36804 hektarı isə 2-ci reproduksiya (R2) olub. 1-ci reproduksiyalı toxumluq əkinlərin 1665 hektarı arpa, 10522 hektarı buğda, 2-ci reproduksiyalı toxumluq əkinlərin isə 7815 hektarını arpa və 28989 hektarını buğda təşkil edib. Aprobatorlar tərəfindən aprobasiyasına icazə verlmiş toxumluq əkinlərin məhsulunun yığılması, toxumun təmizlənməsi və kondisiyaya çatdırılması haqqında təsərrüfat rəhbərlərinə müvafiq tövsiyələr verilib.