XƏBƏRLƏR

ELANLAR

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Təşkilatı (FAO) arasında birgə əməkdaşlıq proqramına uyğun olaraq “Azərbaycanda Toxum Sektorunun İnkişafina Dəstək” TCP/AZE/3503 texniki yardım layihəsi çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Xidmətin tabeliyində olan Regional Toxum Sertifikatlaşdırma Laboratoriyalarının əməkdaşları üçün 11-13 dekabr 2017-ci il tarixlərində Quba RTSL-da 3 günlük təlim keçirilmişdir.

Təlimin keçirilməsində əsas məqsəd yeni yaradılmış və maddi-texniki bazası gücləndirilmiş Regional Toxum Sertifikatlaşdırma Laboratoriyalarında çalışan mütəxəssis və laborantlara dənli, dənli-paxlalı və tərəvəz bitkilərinin toxumlarının təsərrüfat yararlılığının müəyyən edilməsində mühüm göstərici hesab edilən cücərmə qabliyyətlərinin İSTA (Beynəlxalq Toxum Sınaq Assosasiyası) metodlarına uyğun müəyyən edilməsinin əyani göstərilməsi olmuşdur. FAO-nun beynəlxalq eksperti Qreta Tarp təlim iştirakçılarını İSTA-nın yaranması, onun iş prinsipləri, həmin quruma üzvlük, toxum keyfiyyətinin müəyyən edilməsində tətbiq edilən metodlar haqqında məlumatlandırdıqdan sonra, ayrı-ayrı toxum partiyalarından götürülmüş nümunələrin cücərmə qabliyyətinin beynəlxalq metodlara uyğun olaraq müəyyən edilməsini laboratoriya şəraitində əyani nümayiş etdirmişdir.

Buğda toxumunun cücərtiləri

Qumda cücərdilmiş lobya toxumunun cücərtiləri

Buğda cücərtilərinin analizi zamanı ayrılmış sağlam və deformasiya olunmuş cücərtilərin qiymətləndirilməsi

Lobya toxumunun cücərtilərinin analizi

Analizin nəticələrinin qeydiyyata alınması

Aparılan laboratoriya analizlərinin nəticələrinə əsasən toxumların cücərmə faizinin hesablanma qaydası təlim iştirakçılarına izah olunmuşdur