XƏBƏRLƏR

ELANLAR

21 dekabr 2017-ci il tarixdə Bakı şəhərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə həyata keçirdiyi “Azərbaycanda Toxum Sektorunun İnkişafına Dəstək” TCP/AZE3503 texniki yardım layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir. Bakı şəhərində BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Təşkilatının (FAO) Bakı ofisinin təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə FAO-nun Bakı ofisinin rəhbəri Melek Çakmak, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov, Dünya Bankının Azərbaycandakı baş mütəxəssisi Rufiz Çıraqzadə, Kənd Təsərrüfat Nazirliyinin müvafiq şöbə və qurumlarının, ET İnstitutlarının mütəxəssislərinin, özəl toxumçuluq təsərrüfatlarının və digər maraqlı tərəflərin nümayəndələri iştirak etmişdir

Tədbirin 2015-2017-ci illərdə Kənd Təsərrüfat Nazirliyi ilə FAO-nun birgə həyata keçirdiyi “Azərbaycanda Toxum Sektorunun İnkişafına Dəstək” TCP /AZE/ 3503 layihəsinin yekunlarına həsr olunmuşdur. Toplantını açan FAO-nun Bakı ofisinin rəhbəri Mələk Çakmak giriş nitqində iştirakçılara, həyata keçirilmiş layihənin əhəmiyyəti və onun nəticələri barədə geniş məlumat verdi. O, bundan sonra da FAO ilə Kənd Təsərrüfatı Nazirliyi arasında müvafiq layihələrin həyata keçirilməsinin davam etdiriləcəyini bildirdi. Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov öz çıxışında “Azərbaycanda Toxum Sektorunun İnkişafına Dəstək” TCP /AZE/ 3503 layihəsi çərçivəsində FAO-nun dəstəyi ilə 9 RTSL-nın maddi-texniki bazasının və kadr potensialının gücləndirildiyi, toxumçuluq və bitki sortlarının sınağı sahəsində qanunvericilik sahəsində müvafiq normativ-hüquqi sənədlərin layihələrinin işlənib müzakirəyə təqdim olunduğunu bildirdi. Dünya Bankının Azərbaycandakı baş mütəxəssisi Rufiz Çıraqzadə isə öz çıxışında Dövlət Xidmətinin digər RTSL-nın və DSSM-nin maddi-texniki bazasının güclədirilməsi sahəsindəki dəstəyin İFAD layihəsi çərçivəsində həyata keçiriləcəyini bildirdi. Tədbirdə eyni zamanda Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti rəisinin müavinləri Qərib Novruzlu, Afaq Abbasova və FAO-nun Milli Məsləhətçisi Yaqub Quliyev müvafiq təqdimatlarla çıxış etdilər.

Qərib Novruzlu öz təqdimatlarında “Azərbaycanda toxum sektorunun hazırkı vəziyyəti” və FAO ilə birgə beynəlxalq qaydalara (İSTA, OECD) uyğun hazırlanıb müzakirəyə təqdim olunmuş “Toxum keyfiyyətinə nəzarət və sertifikatlaşdırma qaydası” haqqında çıxış etmişdir.

Afaq Abbasova çıxışında beynəlxalq qaydalara (UPOV) uyğun hazırlanmış “Bitki sortlarının sınağı və qeydiyyatı qaydaları” haqqında toplantı iştirakçılarına bilgi vermişdir.

Layihənin milli məsləhətçisi Yaqub Quliyev “Azərbaycanda Toxum Sektorunun İnkişafına Dəstək” TCP /AZE/ 3503 layihəsinin gedişatı və əldə edilən nailiyyətlər barədə bütün iştirakçıları məlumatlandırmışdır.