XƏBƏRLƏR

ELANLAR

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbul cədvəlinə uyğun olaraq, kənd təsərrüfatı naziri Heydər Əsədov dekabrın 22-də İmişli Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında İmişli, Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir Heydər Əsədov və İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Nazir Heydər Əsədov yeni istifadəyə verilmiş İmişli rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binası, o cümlədən Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti xidmətləri üçün yaradılan şəraitlə tanış olub və ən müasir avadanlıqları ilə təchiz olunmuş laborato- riyasına baxış keçirib. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.

Sonra nazir Heydər Əsədov vətəndaşların müraciətlərini dinləyib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 40 nəfərin müraciətinə baxılıb.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, cins mal-qaranın alınması, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, yeni texnika və avadanlıqların alınması, torpaqlardan istifadə, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunve- riciliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Sonra Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar xidmət” qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdiril- məsini, texnikaların dövlət qeydiyyatına alınmasını, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsini təşkil edib.

Traktor və digər mexaniki vasitələri idarə etmək üçün 100 nəfərə yaxın mexanizatorun etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri yenisi ilə əvəzlənib.