XƏBƏRLƏR

ELANLAR

08 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə FAO-nun birgə həyata keçirdiyi “Azərbaycanda Toxum sektorunun inkişafina dəstək” TCP/AZE/3503 texniki yardım layihəsi çərçivəsində “Toxum keyfiyyətinə nəzarət və sertifikatlaşdırma qaydası və Bitki sortlarının sınağının aparılması və qeydiyyatı qaydaları”na həsr olunmuş Milli seminar keçirilmişdir.

Məqsəd yuxarıda göstərilən mövzu üzrə mövcud vəziyyəti müzakirə etmək, “Azərbaycanda Toxum sektorunun inkişafina dəstək” TCP/AZE/3503 texniki yardım layihəsi çərçivəsində görülmüş işlərə və hazırlanmış sənədlərə nəzər yetirmək, iştirakçıların fikir və təkliflərini öyrənmək və Bitki sortlarının sınağının aparılması və qeydiyyatı və Toxum keyfiyyətinə nəzarət və sertifikatlaşdırma qaydasının təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq olmuşdur. Milli seminrda FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin, Kənd təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, aidiyyəti elmi-tədqiqat İnstitutlarının nümayəndələri və Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti Xidmətinin əməkdaşları iştirak etmişlər. Milli seminarı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov açmış, Toxum keyfiyyətinə nəzarət və sertifikatlaşdırmanın və Bitki sortlarının sınaq və qeydiyyat qaydalarının əhəmiyyəti, rolu, bu sahəyə dövlətin göstərdiyi diqqət və qaygını iştirakçıların nəzərinə çatdırmşdır. “Toxum keyfiyyətinə nəzarət və sertifikatlaşdırma qaydası”na dair Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəis müavini Qərib Novruzlu təqdimat etmişdir.

Təqdimatda Toxumçuluq haqqında Azərbycan Respublikasının Qanunundan irəli gələn vəzifələr, standartlar, yeni bitki sortlarına aid toxumlara nəzarət və sertifikatlaşdırma ilə bağlı əməliyyatların icra edilməsi, bu məqsədlə tarla və laboratoriya müayinələrinin həyata keçirilməsi, daxili sertifikatlaşmanın təşkil edilməsi, texniki təlimatlar və anketlər, aprobasiya aktlarının, həmçinin toxumların kondisiyalılığı haqqında sertifikatların hazırlanması və işlənməsi, toxumçuluğa dair sənədlərin İSTA standartlarına uyğunlaşdırılması məsələləri barədə iştirakçılara məlumat verdi. Sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəis müavini Afaq Abbasova “Bitki sortlarının sınağının aparılması və qeydiyyatı qaydaları” mövzusunda təqdimat etdi.

A.Abbasova bitki sortlarının əhəmiyyəti, bitki sortlarının genetikasının hesabına 2040-cı ilə qədər 70% məhsul artımına nail olunmasının mümkünlüyü barədə Avropalı tədqiqatçılarının fikirləri, Azərbaycanda bitki sortlarının sınaq sisteminin əsasının 83 il bundan əvvəl yaradıldığı, Dövlət Xidmətinin bitki sortlarının sınağının aparılması, qeydiyyatı və seleksiyaçı hüququnun qorunması sahəsində istinad etdiyi mövcud sənədlər və normativ hüquqi aktlar, bitki sortlarının sınaq və qeydiyyatının vacibliyi, sort-sınağın məqsəd və hədəfləri, sınaq üçün sort və hibridlərin mənbələri, sınaq müddətləri, sınaq növləri, Təsərrüfat Faydalılığı Sınağı (TFS), Fərqlilik, Oxşarlıq, Sabitlik (FOS) sınaqları, FAO ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin birgə həyata keçirdiyi “Azərbaycanda Toxum sektorunun inkişafina dəstək” (TCP/AZE/3503) texniki yardım layihəsi çərçivəsində Dövlət Xidmətinin Aparatının və Xidmətin strukturuna daxil olan qurumlarında çalışan işçilərinin TFS və FOS üzrə praktiki bilik bacarıqlarının artırılması istiqamətində 2017-ci ildə həyata keçirilmiş təlimlər, tarla günü, hazırlanmış sənədlər barədə ətraflı məlumat vermişdir. A.Abbasova “FOS və TFS-nin aparılması üçün material və metodika, tarla şəraitində əlamət və xüsusiyyətlərin qiymətləndirilməsi sahəsində 22 nəfər mütəxəssisin bilik və bacarıqlarının artırılması, müxtəlif kənd təsərrüfatı bitkilərinin sortlarının sınağı sahəsində fəaliyyətlərin və qiymətləndirmələrin UPOV (Bitki Sortlarının Mühafizəsi üzrə Beynəlxalq İttifaq) qaydalarına uyğunlaşdırılması, “Bitki sortlarının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsi və “Bitki sortlarının sınağının aparılması və qeydiyyatı qaydaları”nın layihələrinə dair təkliflər hazırlanaraq təqdim edildiyini iştirakçıların diqqətinə çatdırmışdır. Milli seminarda mövzu üzrə müzakirələr aparılmış, iştirakçıların çoxsaylı sualları cavablandırılmış irəli sürülən fikir və təkliflərin ümumiləşdirilərək “Toxum keyfiyyətinə nəzarət və sertifikatlaşdırma qaydası” və “Bitki sortların sınaq və qeydiyyat qaydaları”nın hazırlanmasında istifadə edilməsi tövsiyə edilmişdir.