XƏBƏRLƏR

ELANLAR

Kənd Təsərrüfatı Nazirliyi ölkədə toxumçuluğun inkişafı və toxum keyfiyyətinin yaxşılaşdırılması üçün yeni addım atıb. Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin 9 regional toxum sertifikatlaşdırılması laboratoriyası müasir mebel və avadanlıqlarla təchiz edilib. Laboratoriyalara mebel və avadanlıq Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsndə alınıb. Layihədə həmçinin yeni avadanlıqlarla çalışacaq mütəxəssislərə təlimlərin keçirilməsi də nəzərdə tutub. Bu məqsədlə sentyabrın 29-da Quba Regional Toxum Sertifikatlaşdırılması Laboratoriyasında müvafiq regional laboratoriyalarda çalışan heyət üçün təlim keçirilib. Qeyd edək ki, yeni formalaşdırılan laboratoriyalar fermerlərə daha keyfiyyətli xidmət göstərəcək. Fermerlər əldə etdikləri toxumların keyfiyyəti haqqında daha dəqiq məlumat əldə edəcək və müvafiq sertifikatla təmin ediləcəklər.