XƏBƏRLƏR

ELANLAR

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə FAO arasında birgə əməkdaşlıq proqramına uyğun olaraq “Azərbaycanda Toxum sektorunun inkişafina dəstək” TCP/AZE/3503 texniki yardım layihəsi çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Xidmətinin strukturuna daxil olan DSSM-in əməkdaşları üçün 19-23 may 2017-ci il tarixlərində Ağdam Dövlət Sort Sınaq məntəqəsində 5 günlük təlim keçirilmişdir.

Təlimdə əsas məqsəd yeni biki sortlarının tarla şəraitində “Təsərrüfat Faydalı Əlamətlər” nin müəyyən edilməsi, onların yerli şəraitə uyğun müqayisəli qiymətləndirilməsi olmuşdur.

Təlim müddətində FAO-nun eksperti Dr.Bekir Aktaş iştirakçılara TFƏ-nin sınağının əsas məqsədinin səmərəlilik olduğunu bildirmiş və bu qiymətləndirmə zamanı yeni sortun standart və digər sortlarla müqayisə etməklə əsas diqqətin məhsuldarlıq və məhsulun potensialı, xəstəliyə qarşı müqavimət və həssaslıq, vegetesiya müddətinin uzunluğunu, bitkilərin yatmaya davamlılığı, quraqlığa və şoranlığa qarşı müqavimət, sortun keyfiyyət göstəricilərinin təyininin vacib olduğunu göstərmiş və təlim iştirakçılarının suallarını cavablandırmışdır.

Sonda, təlim iştirakçılarına müvafiq sertifikatlar verilmişdir.