ELANLAR

XƏBƏRLƏR

Dövlət  və özəl toxumçuluq təsərrüfatlarının nəzərinə

        Cari ildə əkilmiş yazlıq bitkilərin toxumluq və tinglik əkin sahələrinin qeydiyyata alınması üçün toxumçuluq təsərrüfatları 20 may 2018-ci il tarixədək Regional Toxum Sertifikatlaşdırma Labaratoriyalarının müvafiq rayonlar üzrə baş aqronomlarına bəyənnamə ilə müraciət etməlidirlər. Bəyənnaməyə aşağıdakı sənədlər əlavə olunmalıdır. 

  1. Toxumçuluq fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi və fiziki şəxslərə verilmiş Arayışın surəti.
  2.  Səpin aktı.
  3. Toxumluq əkin üçün istifadə edilən toxumun haradan alınmasını təsdiq edən sənədlərin surəti (alınan toxumun alqı-satqı müqaviləsi və qaimə-fakturası, əkilmiş  toxumun istehsal olunduğu ildəki aprobasiya aktı və toxumun  səpin keyfiyyətini təsdiq edən sertifikat).
  4. Toxumluq əkinlərin aparıldığı torpaq sahələrinin təsərrüfat rəhbərinin mülkiyyətində, icarəsində və ya istifadəsində olmasını təsdiq edən sənədlərin surəti (çıxarış, dövlət aktı, torpağın icarə müqaviləsi və s.), əkin sahələrinin kordinatları.
  5. Rayon və şəhər İHB-nın əkin aparılmış İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərfindən verilmiş əkinin  mövcudluğunu təsdiq edən arayış.

 

  Qeyd: tələb olunan sənədləri vaxtında təqdim etməyən təsərrüfatların toxumluq əkinləri qeydiyyata alınmayacaqdır.