ELANLAR

XƏBƏRLƏR

 

MƏLUMAT

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə sınaq məqsədilə bitki sort və hibridlərini təqdim edən fiziki və hüquqi şəxslərin nəzərinə!

 

 

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə sınaq üçün təqdim olunan bütün bitki sort və hibridlərinə aid sənədlər qanunvericiliyə uyğun olaraq azərbaycan dilində təqdim olunmalıdır.

Odur ki, xarici ölkələrdən gətirilən bitki sort və hibridlərinə aid bütün sənədlər azərbaycan dilinə tərcümə etdirilməli və notarial qaydada təsdiq edildikdən sonra, əsli ilə birlikdə Dövlət Xidmətinə təqdim edilməlidir. Əks halda sənədlər qəbul edilməyəcəkdir.